“NBC Bank” 17 iyun – Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə yeni kampaniyaya başlamışdır. Daim müştəri məmnuniyyətini diqqət mərkəzində saxlayan, əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən bank 01 iyun-30 iyun 2012-ci il tarixləri arasında xüsusi olaraq tibb işçiləri üçün kredit faizləri və bank xərclərində güzəşt tətbiq edəcəkdir. Belə ki, kampaniya ərzində kredit götürən tibb işçilərinə bank tərəfindən bütün kredit məhsulları üzrə illik faizlərdə 2%, bank xərclərində isə 50% endirim tətbiq olunacaqdır.
Biz tibb işçilərini kampaniyadan faydalanmağa çağırır, Bakıda fəaliyyət göstərən 6 və regionlarda fəaliyyət göstərən 4 filialımıza dəvət edirik.
“NBC Bank” bundan sonra da müxtəlif peşə sahibləri üçün xüsusi kampaniyalar keçirməklə sərfəli kredit şərtləri təqdim etməkdə davam edəcəkdir.
*Məlumat üçün bildirmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən, hər il iyunun 17-i Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
“NBC” Bank – Hər zaman yanınızda!
“NBC Bank” ASC 17 dekabr 1992-ci ildə “Ruzu” SKB adı altında fəaliyyətə başlamışdır. 17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək “NBC Bank” ASC kimi bank sektorunda fəaliyyətini davam etdirmişdir. 2005-ci ilin mart ayından isə Qanunvericiliyin tələbinə uyğun olaraq təşkilatı-hüquqi formasında dəyişiklik edilərək Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir.
“NBC Bank”-ın Baş ofisindən əlavə xidmət şəbəkəsi Bakıda fəaliyyət göstərən 1 Saylı, Sahil, Səbail, Yasamal, Gənclik və regionlarda fəaliyyət göstərən Sumqayıt, Gəncə, Lənkəran və Şəki filialları olmaqla 10 filial, həmçinin 1 və 2 saylı şöbələr olmaqla 2 valyuta dəyişmə şöbəsindən ibarətdir.
Ünvan: AZ 1033, Ş. Mustafayev küç., 27/121
Telefonlar: (99412) 514 01 16, 514 01 17
Faks: (99412) 566 57 55
E-mail: info@nbcbank.az
Rəsmi sayt: www.nbcbank.az
Facebook səhifəsi: http://www.facebook.com/NBCBankASC