Hyundai avtomobillərinin Azərbaycandakı Rəsmi Distribüteri Auto Azerbaijan şirkəti tərəfindən Hyundai i40 modeli üçün Hyundai Azərbaycan facebook səhifəsində keçirilən “Avropalıdan daha Avropalı” demotivator müsabiqəsi başa çatdı. Müsabiqənin əsas məqsədi Hyundai i40 modelinin Avropalı istehlakçılar üçün istehsal olduğunu və Avropalı rəqiblərindən heç də geri qalmadığını göstərməkdi. Müsabiqədə iştirak etmək üçün avropada icad edilmiş, ancaq digər qitələrdə daha çox uğur qazanmış fikirlər, xidmətlər və ya məhsullar demotivator şəklində facebook səhifəsinə yerləşdirilməli idi. Müsabiqədə 30-dan artıq iştirakçı 53 fərqli demotivatorla iştirak etdi.


Reklam, PR və Marketinq sahələrində işləyən 3 nəfərlik jüri qalibləri seçməkdə çətinlik çəksə də, sonunda hər biri 147 xal yığmış Cavid Musayev Elşad Yusifli qalib elan edildi. Qaliblərə Euro 2012 Avropa Futbol Çempionatının 4-də 1 oyununu Kiyev şəhərində izləmək üçün hədiyyə paketi təltif olundu. 146 xalla 3-cü olmuş Anar İskəndərova isə Tuscon velosipedi hədiyyə edildi. Kampaniyanın bütün iştirakçılarına isə Auto Azərbaijan şirkəti tərəfindən kiçik xatirə hədiyyələri paylanacaq.