Prosper kampaniyası “Laboratoriya” layihəsinə start verib. Layihənin məqsədi biznes üçün faydalı məhsulların istehsalı və sosial şəbəkələrin inteqrasiyasıdır.


Kampaniyanın direktoru Vüqar Səfərov bildirir: “Biz inanırıq ki, gələcəkdə sosial şəbəkələr istehlakçılarla biznes struktur arasında əsas rabitə vasitəsi olacaq və xidmət sahəsində fəaliyyət göstərən digər biznes strukturları öz xidmətlərini sosial şəbəkələr vasitəsilə təqdim edəcəklər.


Biz “Laboratoriya” layihəsini məhsul istehsalı məqsədilə yaratmışıq və bu yerli bizneslə sosial şəbəkələrin inteqrasiyasına kömək edəcək. Hal-hazırda “Laboratoriya”da 3 layihə hazırlanıb: “Bankların onlayn filialı”- məsləhətçilərlə əlaqə yaratmağa, kredit götürməyə və müxtəlif hesablamalar aparmağa  imkan verir. “Onlayn xəritə”- Google maps əsasında tərtib olunmuş proqramdır, hansı ki, sizin olduğunuz yeri müəyyən edir və sizə ən yaxın bank və yaxud bank filialını təklif edir. Və “Onlayn məsləhətçi” layihəsi – bu layihə vasitəsilə kampaniyalar və istehlakçılar arasında rabitə yaratmaq mümkündür. Bu proqram satış strukturu və texniki dəstək  strukturuna faydalı olacaq.”


“Laboratoriya” layihəsi ilə Prosper kampaniyasının Facebook səhifəsində: http://goo.gl/PvMOF linki vasitəsilə tanış ola bilərsiniz.


Social Bakers statistikasına əsasən, hal-hazırda Azərbaycanda 780.000 aktiv Facebook istifadəçisi var. Onların 50%-i (390.000) 18-24 yaş və 23%-i (179.400) 25-34 yaş arası istifadəçilərdir.


Ən məşhur kommersiya səhifələrinin 125.000, 81.000 və 80.000 istifadəçisi var. Bunlar uyğun olaraq  Azercell, Park Bulvar İdeal Perfumery&Cosmetics səhifələridir.