Hyundai avtomobillərinin Azərbaycandakı Rəsmi Distribüteri Auto Azərbaijan Şirkəti, iyun ayının 1-dən etibarən “Avtomobilinizin Qeydinə Qalın!” devizi altında yeni servis kampaniyası başlatmışdır. Kampaniya çərçivəsində Hyundai avtomobillərinin Dərnəgül şossesindəki Mərkəzi Servisində avtomobilinin mühərrik yağını Hyundai şirkətinin partnyoru olan Shell markalı yağlar ilə yeniləyən sürücülər Hyundai və Shell şirkətlərindən günəşlik hədiyyə qazanacaq.  Yay günləri ərzində avtomobillərini günəşin qızmar istisindən qorumaq istəyən sürücüləri sevindirəcək bu kampaniya sentyabr ayının 1-nə qədər davam edəcək.