Bir neçə il öncə internet məkanında məhsul və xidmətlərin yayılması üçün SEO optimallaşdırma kifayət edirdi. Ancaq texnalogiyaların inkişafı ilə internet məkanına yeni era – Dijital marketinq erası gəlib.



Dijital marketing nədir? Dijital marketinq rəqəmsal kanallar üzərindən geniş kütlələrə məhsul və xidmətlərin çatdırılmasıdır.



Ən çox istifadə edilən rəqəmsal yerləşdirmə kanalları:



  • Axtarış sistemlərinə uyğun optimallaşdırma;
  • Kontekst və tizer reklamları;
  • Media və baner reklamları;
  • Sosial media və bloglar üzrərindən yerləşdirmələr;
  • Planşetlər, ağıllı telefonlar və digər mobil avadanlıqlar üçün mobil əlavələrin yaradılması;
  • Virus reklamlar;


Dijital marketinq bu gün – Sahibkarlara rəqəmsal məkanı öz satış sahəsinə çevirərək məhsul və xidmətləri barəsində məlumatları geniş kütlələrə çatdırmaq və bu məkanda məhsulları sataraq, həmçinin xidmət göstərərək gəlir imkanları yaradır.



Texnalogiyaların inkişafı ilə Dijital marketinq daim inkişaf edərək hədəf auditoriyası ilə qarşılıqlı əlaqə yaratmaq üçün yeni imkanlar təqdim edir. Məhz qarşılıqlı əlaqə və kommunikasiya imkanları bu sahəni daha da maraqlı edir. Alıcılar rəqəmsal mühitdə məhsul və xidmətləri formalaşdırmaq, onları təqdim edən şirkətlərlə birbaşa ünsiyyət saxlamaq, şərhlər yazmaq və ən əsasın daha tez və effektiv eşidilmə imkanı əldə edirlər. Kiçik həcmli şirkətlər və hətta fərdi sahibkarlar belə minimal büdcələrlə effektiv yerləşdirmə edərək böyük kütlələrə öz məhsul və xidmətlərini təqdim edərək satışlarını artırıb, böyüyə bilərlər.



Dijital marketinqin alətləri barəsində daha geniş məlumat əldə etmək istərsinizmi?



O zaman Sizi Dialog sahibkarlar klubunun, 26 Noyabr 2016-cı il tarixində «JW Marriott Absheron Baku» otelində keçiriləcək “Digital Marketing praktikada” mövzusunda tədbirinə dəvət edirik.



Dijital marketinq sahəsində öz təcrübələri və maraqlı həllərlə, bizimlə, "Prosper" şirkətinin direktoru, Bakı City Circuit (Formula 1 Avropa Grand Prix təşkilatçısı) şirkətinindijital marketinq üzrə məsləhətçisi Vüqar Səfərov bölüşəcəkdir.Daha ətraflı məlumatı əldə etmək üçün www.dialog.az/index-az.html rəsmi internet səhifəsinə daxil ola bilərsiniz.



Dialoq– Sahibkarların bir biri ilə ünsiyyət saxlayıb, yeni maraqlı insanlarla tanış ola biləcəyi bir məkandır. Burada hər kəs ona maraqlı olan suallara dostcasına və rahat bir atmosferdə cavab tapa bilər. Klubun məqsədi – biznesin yaradılması, inkişafı və genişləndirilməsində bir birinə dəstək olmaq üçün sahibkarların ünsiyyət platformasını yaratmaq və onlara bizneslərinin inkişafı üçün faydalı ola biləcək tədbirlər təşkil etməkdir.



Dialog – Biznes ünsiyyətdən başlayır!