DəmirBank 17 iyun Səhiyyə işçilərinin peşə bayramı münasibəti ilə güzəştli kredit kampaniyasına başlayıb. Qeyd edilən kampaniya 31 iyul 2012-ci ilədək davam edəcək.
Kampaniya çərçivəsində Bankın kredit məhsulları üzrə (ipoteka, avtomobil, biznes və tərəfdaşlarla kreditlə satış istisna) faiz dərəcəsində 3% güzəşt tətbiq olunur. Bundan əlavə, bu kampaniya üzrə müştərinin həyat və qabiliyyətinin Bankın xeyrinə sığortalanması tələb edilmir.
“DəmirBank əhalinin müxtəlif təbəqələri üçün güzəştli kampaniyalar həyata keçirir. Bu dəfə start verdiyimiz kampaniya 17 iyun Səhiyyə işçiləri günü münasibəti ilə keçirilir. Fürsətdən istifadə edərək, səhiyyə sahəsində işləyənləri peşə bayramları münasibəti ilə təbrik edirik və onlara yeni uğurlar arzulayırıq”, - deyə, İdarə Heyəti sədrinin müavini Yusif Cabbarov bildirib.
DəmirBank mütəmadi olaraq müxtəlif xidmətlər üzrə kampaniyalar keçirir. Bank müştərilər üçün 8 mart – Beynəlxalq Qadınlar Günü, Neftçilər Günü, Rabitəçilər Günü, Müqəddəs Ramazan və Qurban Bayramları münasibəti ilə güzəştli aksiyalar keçirib.
Bankın müxtəlif xidmətləri və kampaniyaları barədə ətraflı məlumat əldə etmək üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.