Azərbaycan tibb işçilərinin peşə bayramı ilə əlaqədar Bank of Baku güzəştli kredit kampaniyasını elan edir.
Kampaniyanın şərtinə əsasən Bank of Baku Azərbaycan səhiyyə sisteminin işçiləri üçün istehlak və pul kreditlərinin illik faiz dərəcəsində 3 %-lik endirimə başlayır. Avtomobil, ipoteka və əmanətə bağlı kreditlər bu kampaniyaya şamil olunmur.
Kreditin maksimal məbləği 5000 manat təşkil edir. Bank of Baku ilə razılaşması olan bir çox tibb müəssisənin işçiləri, habelə bankın təkrar müştəriləri, bu kampaniyadan arayışsız faydalana bilər. 13 iyun tarixindən etibarən start götürən kampaniya 31 iyul tarixinədək davam edəcək.
Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun Məlumat Mərkəzi olan 145 nömrəsinə zəng etmək , habelə bankın sosial şəbəkə səhifəsini ziyarət edib istənilən sualı vermək olar – www.facebook.com/bankofbaku.com.