Pərakəndə bankçılıq sahəsində aparıcı mövqelərə sahib olan Bank of Baku-nun kredit kart məhsulları bazarında toplam kartlarının sayı 60 000 aşıb. Hal-hazırda bu kartlar vasitəsi ilə müxtəlif çeşidli mal və xidmətlərdən bəhrələnmək mümkündür. Belə ki, Bank of Baku hissə-hissə ödəniş layihəsi çərçvəsidə İDEAL perfumery&cosmetics  şirkəti  ilə birgə artıq 21 000-ə yaxın kobrend kartı dövriyyəyə buraxıb. Artıq on minlərlə şəxs ən müasir parfümeriya məhsullarını məhz kredit kartla əldə edir.


Ötən ilin sonu isə Bank of Baku Bolkart kredit kartını dövriyyəyə buraxdı. Alınan malın dəyərini aylara bölüb hissə-hissə ödəməyə imkan verən Bolkartı bu qısa müddət ərzində  artıq 19 000-dən çox şəxs əldə edib və bu rəqəm mütəmadi şəkildə artır. Bu gün Bolkartla ölkəmizin 300-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.Bu kredit kartı ilə adlı-sanlı geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında, həmçinin restoran və supermarketlərdə istifadə etmək olar.  Lakin Bolkart sahibləri yalnız alış-veriş etməklə kifayətlənmir. Onlar həmçinin kartlarını vaxtaşırı nağdlaşdırma imkanını da əldə edir. Bu gün Bolkartla 65 000-ə yaxın əməliyyat həyata keçirilib.


Bank of Baku digər tərəfdaşı olan MYBRAND’S geyim mağazaları ilə bərəbər bir müddət öncə yeni bir “Hissə-Hissə” kredit kartını təqdim edib. Beləliklə, indi minlərlə kart sahibi dünya şöhrətli geyim brendlərini alıb 12 aya qədər faizsiz və hissə-hissə ödəmə imkanına malikdirlər.


Bank of Baku-nun innovativ kart məhsulları sırasına daxil olan ən son yeniliyi isə “Dostlar klubu” layihəsi çərçivəsində verilən imtiyazlı kartlardır. Bank of Baku ilə 12 ay və daha çox müddət əməkdaşlıq edən müştərilərə verilən Gümüş, Qızıl və Brilyant kartlar sayəsində onlar az komissiya haqqı ödəmək, sərfəli faizlə 5000 manata qədər kredit götürmək imkanına, habelə təcili hallar üçün ekspress kredit xəttinə yiyələnirlər. Qısa müddət ərzində bu kartlar  minlərlə müştəriyə paylanılıb və onlar bu güzəştlərdən bəhrələnməkdədirlər.


Müştəriləri yeni xidmətləri ilə məmnun etməyə çalışan Bank of Baku cari ilin ikinci yarısı ərzində irimiqyaslı digər bir kart layihəsinə start verəcək. Layihə üzərində işlər başa çatan kimi istehlakçılara bu barədə geniş və ətraflı məlumat ötürüləcək.


Bu arada marketinq araşdırmaları sahəsində nufuzlu nəşr olan Facemarkın bu yaxınlarda keçiridiyi bank sorğusunda Bank of Baku Facebook  istifadəçilərinin ən çox səsini toplayan bank  olub.  “Hansı bankın fəaliyyətini daha çox bəyənirsiniz” sualına cavab verənlərin 30,2 %-i  Bank of Baku-nun adını çəkib. Bank of Baku habelə bir sıra digər rəy mərkəzlərinin sorğularında ön mövqelərdə qərarlaşıb. Bank of Baku bütün bu rəy sorğularındakı birinciliyi  istehlakçılara yönəlmiş  məhsul və xidmətlərin təkmilləşdirilməsinə müştərilərin müsbət reaksiyası kimi dəyərləndirir.


Bank of Baku-nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər. Eyni zamanda http://www.facebook.com/bankofbaku ünvanlı sosial şəbəkə vasitəsi ilə istənilən sualı vermək olar.