2012-ci ilin iyun ayında PayPoint ödəniş sistemi öz müştərilərinə 400-dən artıq ödəmə terminalı və 1500-dən artıq satış məntəqəsi vasitəsilə və “Ultel” şirkətinin telefoniya, və internet xidmətlərinin ödənilməsi imkanını təqdim etmişdir.


“Şübhəsiz ki, rabitə xidmətlərinin haqqının ödənilməsinin sadəliyi müştəri üçün bu və ya digər provayderin seçimində ən əhəmiyyətli amillərdən biridir, - deyə “Ultel” şirkətində qeyd etdilər, - Biz bütün müştərilərin istəklərini nəzərə almaq üçün hər bir şeyi edirik. İndi bizim xidmətlərimizi iki mindən artıq PayPoint satış məntəqəsi vasitəsilə ödəmək mümkündür. Beləliklə də, ödəmə servisi ilə əməkdaşlığımız müştərilərimizə göstərdiyimiz xidməti yüksək səviyyədə qoruyub saxlayacaqdır”.


PayPoint terminalı vasitəsilə ödəməni həyata keçirmək üçün “Şəhər telefoniyası” və ya “İnternet” bölümlərinə daxil olmaq, “Ultel” seçmək, telefon nömrəsini göstərmək və lazım olan məbləği daxil etmək lazımdır. Göstərilən nömrə şəbəkədə yoxlanışdan keçəcək və müvəffəqiyyətli ödənişdən bir neçə saniyə sonra müvafiq qəbz təqdim olunacaqdır. Bütün ödəmə proseduru bir dəqiqədən çox çəkməyəcək, ödəniş provayderin hesabına real zaman rejimində daxil olacaqdır.


“PayPoint öz istifadəçilərini maksimal tam sayda provayderlərin xidmətlərinin əlverişli ödəmə üsulları ilə təmin etməyə çalışır. Rabitə xidmətlərinin göstərilməsi sahəsində  “Ultel” kimi mühüm provayderlərlə əməkdaşlıq bizə xidmətlərin rahat ödənilməsi üzrə istifadəçilərin imkanlarını genişləndirmək imkanını yaratmışdır”, - deyə “Komtec” şirkətinin Strateji İnkişaf üzrə Direktoru Fərid İsmayılzadə şərh etmişdir.


PayPoint “Komtec” şirkətinin xidmət brendidir. PayPoint şəbəkəsinin əsas məqsədi əhaliyə ani, rahat və keyfiyyətli ödəmə xidmətləri üçün platformanı təmin etməkdir. PayPoint vasitəsilə vətəndaşlar mobil və sabit telefon, kommunal, internet və kabel televiziyası xidmətləri üzrə borclarını ödəyə bilirlər. Hal-hazırda PayPoint şəbəkəsinə 30-a yaxın Kütləvi Xidmət Müəssisəsi qoşulmuşdur. Şirkətin planlarında ilin sonuna qədər xidmət müəssisələrinin sayını 50-yə çatdırmaq və göstərilən xidmətlərin çeşidini genişləndirmək durur.


PayPoint ödəmə köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, hava limanında, Bakının və Azərbaycanın digər şəhərlərinin vağzallarında yerləşdirilmişdir.