FUSE TEA - Coca-Cola ailəsinin qlobal soyuq çay markası Azərbaycan istehlakçılarına təqdim edilmişdir.
Uzun araşdırmalar və testlər nəticəsində çayın meyvələrlə və digər təbii dadlarla mükəmməl qarışığı (ingilis dilində – fusion) ilə ən ləzzətli dad çeşidinə malik bu marka soyuq çay kateqoriyasında müasir simaya malikdir.
Fuse Tea-nin brend pozisiyası “inteqrasiya nəsli”-nin fikirlərinə cavab verir. Belə ki, bu nəsil fiziki və sosial baryerlərin qarışdığı yeni dünyanın görünüşünü müəyyən edir, yeni texnologiyalardan istifadə edərək müxtəlif ideaları qarışdırıb daha yaxşı nəticələr əldə edir. Fuse Tea bu konsepsiyaya uyğun bir məshul kimi inkişaf etdirilir, marketinq fəaliyyəti də bu yöndə qurulmuşdur.
Bəs hədəf kütləsi kimdir?
Fuse Tea cavan, müasir, yaxşı şeylərin birləşib daha yaxşı nəticənin əldə olunmasını başa düşən istehlakçıları hədəf alır. Əsas hədəf qrupu cavan, cavan orta nəsil və yeni ideyalara açıq insanlardır. Bu qrup, adambaşına düşənistehlaka görə ən çox soyuq çay istehlak edən qrupdur.
Coca-Cola soyuq çay kateqoriyasında biznesini genişləndirməyi qarşıya məqsəd qoymuşdur, Fuse Tea şirkətə daha effektiv rəqabət aparmağa, istehlakçıların tələblərini ödəməyə imkan verir.
The Coca-Cola Company və Nestle-nin əməkdaşlığı (Avropa və Kanada istisna olmaqla) əksər dünya ölkələrində 2012-ci ilin sonunadək başa çatır.Şirkət bu ölkələrdə ya öz movcud soyuq çay markalarını satmağa davam edir, Coca-Cola-nın digər soyuq çay markası yoxdursa, həmin bazarlara Fuse Tea markasını çıxarır.
1 May 2012-ci il tarixindən başlayaraq 20-dən çox ölkədə (Hindistan, Qazaxıstan, Azərbaycan, Korea, Meksika, Panama, Türkiyə, Bermud, Kolumbiya, Kosta Rika, Ekvador, Fransız Qvineyası, Özbəkistan, Venesuela və s.) Fuse Tea-nin satışına başlanması planlaşdırılırdı. Azərbaycan bu markanın satışına başlayan ilk 10 ölkədən biri oldu.
12 İyun tarixindən etibarən Azərbaycan istehlakçıları Fuse Tea-ni 3 dadda (şaftalı, limon və manqo-ananas) və 3 qablaşdırmada (0.5L, 1L plastik və 0.33L dəmir qutu qablaşdırma) satış nöqtələrindən əldə edə bilərlər.
Əksər Azərbaycan istehlakçıları Türkiyə kanallarından izlədiyi Kenan Doğulu iştirakı ilə çəkilmiş reklam filmindən xəbərdardırlar. Azərbaycan media və ticari marketinq alətlərindən aktiv istifadə olunmağa başlanılmışdır.360 dərəcəlik bir marketinq planı ilə il sonuna kimi soyuq çay kateqoriyasında yeniliklər davam edəcək.
Fuse Tea ice tea – yeniliyi kəşf et!