Azərbaycan sığorta bazarında yenilikləri ilə fərqlənən AZSIĞORTA şirkəti bu dəfə də növbəti irihəcmli sığorta ödənişi həyata keçirib. Belə ki, “AZSIĞORTA” ASC tərəfindən 22.04.2012-ci il tarixində Bakı şəhəri Rəsulzadə qəsəbəsində yerləşən tikinti materiallarının satışı mağazasında baş vermiş  yanğın nəticəsində mağazanın sahibi Osmanov Coşqun Ayvaz oğluna iri sığorta ödənişi həyata keçirildi. “AZSIĞORTA” ASC-dən verilən məlumata görə baş vermiş  yanğın nəticəsində müstəqil ekspertlərin hesablaması nəticəsində sığortalı Osmanov Coşqun Ayvaz oğluna 82 402 manat məbləğində maddi zərərin dəyməsi müəyyən olunmuş və həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir.


Bu, “AZSIĞORTA” ASC tərəfindən sığortalılara ödənilən ilk belə iri ödəniş hadisəsi deyildir. Yanğından icbarı sığorta növü üzrə keçən il “Kəngərli” firmasına 197 061 manat sığorta ödənişi həyata keçirilmişdir.


Ümumiyyətlə isə şirkət 2012-ci il ərzində 1 010 168.00 azn dəyərində sığorta ödənişi həyata keçirmişdir. Bunlar əsasən yanğından icbari sığorta, nəqliyyat vasitələrinin (KASKO) sığortası və avtənəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növlərini əhatə edib.


2006-ci ildən Azərbaycan sığorta bazarında fəaliyyət göstərən şirkət bir çox ilklərə imza atıb. Azərbaycanda ilk dəfə avtomobil sığortası sahiblərinə pulsuz yol-yardım xidmətinin göstərilməsi, qəza zamanı pulsuz alternativ avtomobillə təmin edilmə, müştəriləri arasında ilk stimullaşdırıcı lotoreya, sığorta şəhadətnamələrinin və ödənişlərinin internet vasitəsi ilə qəbulunu məhz “AZSIĞORTA” həyata keçirib. Hazırda şirkət 28 könüllü və 4 icbari sığorta növü üzrə öz müştərilərinə xidmətlər təklif edir. “AZSIĞORTA” 9 regional filialı və nümayəndəlikləri vasitəsilə bütün Azərbaycanı əhatə etmişdir.