Noyabrın 2-nə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı rəsmi dollar/manat məzənnəsi noyabrn 1-i ilə müqayisədə dəyişməyərək 1,7003 manat olub.



Facemark.az-a AMB-dən verilən məlumata görə, avro/manat məzənnəsi 1,9821 manata, rubl/manat məzənəsi isə 0,0292 manatdadək bahalaşıb.



Noyabrın 1-də rəsmi olaraq 1 dollar 1,7003 manata, 1 avro isə 1,9776 manata, 1 rubl 0,0292 manata bərabər idi.



Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.