“Coğrafi olaraq yaxın ölkələr ilə Türkiyə arasında ticarətdə yerli valyutadan istifadə artacaq”.
Facemark xəbər verir ki, bu sözləri Türkiyənin İqtisadiyyat naziri Nihat Zeybəkçi Anadolu müxbirinin suallarını cavablandırarkən deyib.
Nazir dünyada elektron ticarətin çox sürətlə inkişaf etdiyini, e-ticarət və elektronik valyutadakı inkişafın qarşısı alına bilməyəcəyini vurğulayıb.
İnkişaf etmiş ölkələrdə elektron ticarətin ümumi ticarətdə payının 12% olduğunu deyən nazir bildirib:
“Bu göstərici isə inkişaf etməkdə olan ölkələrdə isə 6-7% aralığındadır. Bu rəqəm hər il 15% artır. Beş il sonra dünyada bildiyiniz bütün doğrular yanlış hala gələcək. Yanlış bildiyiniz hər şey isə doğru olacaq. Məsələn, bitkoin kimi. Növbəti illərdə isə Yaponiya yeni bir elektron pul vahidi ilə bazara çıxacaq. Dünyada bu hadisələr baş verərkən, biz də artıq milli pul vahidimizlə ticarət etməliyik”, - deyə N.Zeybəkçi sözlərinə əlavə edib.