“Forbes Rusiya” “Alfa-Qrup” şirkətinin rəhbəri, “LetterOne” Lüksemburq şirkətinin ən böyük səhmdarı Mixail Fridmanı ilin biznesmeni elan edib.


Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, jurnalın məlumatına görə, M.Fridman 2017-ci ildə xarici bazarlara rus biznesmenləri üçün rekord hesab ediləcək həcmdə 5 milyard dollardan çox sərmayə qoyub.



“LetterOne” şirkəti başa çatmaqda olan il ərzində iki böyük əməkdaşlığa imza atıb. İngiltərənin sağlam qidalanma şəbəkəsi “Holland & Barrett”ı 1,77 milyard funt sterlinqə alıb və fonda 3 milyard dollar sərmayə qoyub. Hansı ki, iki amerika şirkəti - tibb şirkəti “Parexeli” 4,5 milyard dollara alıb və “BakeMark”ı. “BakeMark” amerikanın çörək bişirmə sənayesində bazarın liderlərindən biri hesab edilir.



“Forbes” qeyd edir ki, Fridmanın Rusiyada ən böyük aktivləri sırasında “Alfa Bank”, “X5 Retail Group” və “Vimpelcom” (qlobal VEON hissəsi) şirkətləri yer alır. Adıçəkilən aktivlər işadamının ümumi aktivlərinin yarısından azını təşkil edir.


Nəşr qeyd edir ki, yerli bankların problemləri fonunda, “Alfa Bank”ın bu ildə beynəlxalq standartlar üzrə gəlirlərinin həcmi keçən ilə (527 milyon dollar) nisbətən artımı gözlənilir.



Bundan başqa, “X5 Retail Group” kapitallaşdırma üzrə bazarın liderlərindən biridir. “Maqnit” şəbəkəsi və “X5”in aksiyaları ilin əvvəlindən təxminən 20% artıb.