“Uber”in banisi və köhnə CEO-su Travis Kalanickin şirkətdəki 10% səhminin 1/3-ni satacağı açıqlanıb.


Facemark.az xəbər verir ki, “Reuters”ə danışan mənbə, iyunda CEO-luq vəzifəsindən ayrılan Kalanickin əlindəki səhmləri 1,4 milyard dollara satacağı məlum olub.


Satışın, “Uber” ilə Yapon investisiya şirkəti “SoftBank Group” arasındakı müqavilə çərçivəsində reallaşacağı nəzərdə tutulub.


Kalanickin əlindəki səhmlərin yarısını satmaq istədiyi, amma müqavilədə nəzərdə tutulan məhdud çərçivə ilə əlaqədar daha az səhm satacağı qeyd edilib.


Bir neçə ay öncə, “Uber” müştərilərinin şəxsi məlumatlarının xaker tərəfindən oğurlandığı məlum olmuşdu. Şirkət bu məlumatları gizlətmək qarşılığında xaker qruplaşmaya 100 min dollar ödəmişdi. Bundan əlavə, şirkətin bəzi ölkələrdə qanuni tənziləmələr ilə bağlı yaşadığı problemlərə görə, etibarını itirib.


Ötən il “Uber”in bazar dəyəri 68 milyard dollar olsa da, “SoftBank”la 48 milyard dollar dəyərində razılıq əldə edilib.


Mütəxəssislər qeyd edir ki, son dövrlər şirkətin yeni investorlar cəlb etməsi çətinləşib.