Nar Mobile təhsil, peşə inkişafı və sosial məsuliyyət strategiyasına uyğun olaraq hər il bır sıra layihələrə imza atır. Hər il olduğu kimi, bu il də Nar Mobile Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə təhsil sahəsinin inkişafına yönələn layihələrə dəstək olub. Təhsil Nazirliyinin təşkil etdiyi “Elektron Təhsil” Müsabiqəsi də belə layihələrdən biridir.


29 iyun 2012 – ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyində “Elektron Təhsil” Respublika müsabiqəsinin yekunları ilə bağlı mərasim təşkil ediımişdir. Mərasim zamanı Nar Mobile “Elektron Təhsil” müsabiqəsinin telekommunikasiya tərəfdaşı kimi iştirak edərək, Azərbaycanın təhsil sahəsində keçirilən ən genişmiqyaslı müsabiqənin qaliblərini qiymətli hədiyyələrlə təbrik  etmişdir. Qeyd etmək lazımdır ki, bu il keçirilən "Elektron Təhsil" Müsabiqəsi “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə keçirilir.


Müsabiqənin keçirilməsində əsas məqsəd, elektron tədris resurslarından, internet texnologiyalardan tədris prosesində istifadəni tanıtmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxartmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.