Dünyanın qida nəhəngi İsveçrənin “Nestle” şirkəti ABŞ-dakı şokolad biznesinin satışı üçün bu həftənin sonuna qədər alıcı seçəcək.
Facemark.az xəbər verir ki, “Nestle” satış üçün 2,8 milyard dollarlıq dəyərində qiymət qoyub.
“Nutella” markasının istehsalçısı olan İtaliya şirkəti “Ferrero” ABŞ bazarında biznesini genişləndirmək niyyətindədir. Bu səbəbdən dolayı ekspertlər potensial müştəri qisimində birinci növbədə “Ferrero”nu görürlər.
Əgər razılaşma uğurlu olarsa, İtaliyanın “Ferrero” şirkəti ABŞ bazarında “Mars Inc.”, “The Hershey Company”dən sonra üçüncü ən böyük şokolad və şəhər istehsalçısı olacaq.
Qeyd edək ki, “Nestle” hələ ötən ilin iyun ayında Amerikadakı “baton şokolad” biznesini satacağını açıqlamışdı. İsveçrə nəhənginin ABŞ-dakı biznesini almaq üçün isə iki nəhəng şirkət İtaliyanın “Ferrero” və Amerikanın “The Hershey Company” şirkətləri mübarizə aparırdılar. Son zamanlarda isə onlar arasında qiymət danışıqlarının getdiyi deyilirdi. Bu halda, güman olunur ki, razılıq yanvarın 14-də əldə edilə bilər. 2016-cı ilin sonunda “Nestle”nin ABŞ-dakı şirniyyat sənayesi aşağı düşmüş və təxminən 915 milyon dollara çatmışdı.
Xatırladaq ki, “Nestle” İsveçrənin beynəlxalq qida və içki şirkətidir. 2014, 2015, 2016-cı illər üçün ölçülən dünyadakı ən böyük qida şirkəti olmuşdur. Markalarının 29-u Nespresso, Nescafé, Kit Kat, Smarties, Nesquik, Stouffer's, Vittel ve Magginin də aralarında olduğu illik 1 milyard CHF (İsveçrə frankı) satışa sahibdir.
Dünyanın ən böyük kosmetika şirkəti olan “L'Oreal”ın əsas səhmdarlarından biridir. 2017-ci ilin sentyabrında “Nestle” ABŞ-ın bitki əsaslı qidalar istehsalçısı olan “Sweet Earth”ü açıqlanmayan bir miqdarla alıb.