“Inditex” qrupuna daxil olan “Zara” mağazalarının qonşu ölkə Türkiyədə bağlanıb bağlanmamasına dair son vəziyyət məlum olub.
Facemark.az xəbər verir ki, məsələ ilə əlaqədar nə “Zara”dan, nə də “Inditex” qrupdan rəsmi açıqlama əldə etmək mümkün olmayıb.
Amma etibarlı mənbələrin dediyinə görə, şirkət Türkiyədə konseptini dəyişir. Belə ki, “Zara” ölkədəki mağazalarının sayını azaldaraq, daha böyük dükanlarda fəaliyyət göstərəcək.
Mənbənin dediyinə görə, “Zara” bu yeni strategiyası çərçivəsində önəmli alış-veriş mərkəzlərindən biri olan “İstinye Parkda” “Sato” adı şirkət ilə birlikdə idman salonu “Hill Side”nin də yerləşdiyi yeri kirayə edib.
Qeyd edək ki, bu həftə ərzində Türkiyə mətbuatında “Zara”nın bu ölkədən çəkildiyinə dair informasiyalar yayılırdı. Bildirilirdi ki, “Zara” ölkədəki fiziki mağazalarını bağlayır, bundan sonra yalnız onlayn platforma üzərindən fəaliyyətini davam etdirəcək.
Düzdür, “Zara” məsələ ilə əlaqədar rəsmi açıqlama etmir, bu da işlərin yolunda olmadığını göstərir. Amma bununla belə, “Zara” türk vətəndaşları tərəfindən ən çox sevilən mağaza şəbəklərindən biri hesab olunur.