Bir məhsulu alarkən həmin məhsulu sizə almağa məcbur edən səbəbləri heç düşünmüsünüz? Və yaxud bu zaman rənglərin nə qədər önəmli olduğunu? Əgər cavabınız “bəli”dirsə, bu infoqrafiya rənglərin satın almadakı psixoloji təsirləri gözünüzün önünə gətirəcək.


İnfoqrafiyadakı digər bir məlumat isə insanların bu məhsulu alarkən hansı faktorlara baxmalarıdır. Verilən məlumata görə, bir məhsulu alarkən 93% həmin məhsulun önəmli olduğunu söylərkən, məhsulun özəlliyi 6% və qoxusu 1% olmaqla cəlbedici olması bildirilir.


Müştərilərin 85% - i məhsulun rənginin ən önəmli şey olduğunu bildirərkən, 15% isə başqa səbəblərin olduğunu söyləyir.


Rənglərin markalaşmadakı nisbəti isə tərəfdən yüksək görülərkən, rənglərin markanın tanınmasında 80% effektiv olduğu müəyyən edilmişdir.


Hansı rəngin nə mənaya gəldiyi isə aşağıdakı infoqrafiyada ifadə edilmişdir. Infoqrafiya daxilində rənglərin mənasının dünyanın müxtəlif yerlərində fərqli ola biləcəyi qeyd edilərkən Şimali Amerika qitəsini təmsil etdiyi bildirilir.


Sarı: Optimistik və gəncliyə məxsus. Ümumiyyətlə, vitrindəki şüşədə diqqət çəkmək üçün istifadə edilir.


Qırmızı: İnsanların enerjisini artıraraq ürək döyüntülərini artırır. Buna görə də, adətən endirimli mağazalarda istifadə istifadə olunur.


Mavi: Etimad və təhlükəsizlik hissi meydana gətirən rəng ümumiyyətlə, banklarda və iş yerlərində istifadə olunmaqdadır.


Yaşıl: Ümumiyyətlə, varlıqla əlaqəsi olan rəng gözlərin ən asan baxa bildiyi rəng olaraq da qeyd olunur. Mağazalarda isə rahatlaşdırmaq məqsədilə istifadə olunur.


Narıncı: Aqresiv bir rəngdir.Hər zaman hərəkətə keçməyi təmin edər: abunə ol, satın al və ya sat.


Çəhrayı: romantik və feminen bir rəngdir.Xanımlara və gənc qızlara məhsul satmaq üçün istifadə olunur.


Qara: güclü və dəbdəbəli. Bahalı məhsulları satmaqda istifadə olunur.


Bənövşəyi: dindirici və sakitləşdirici bir özəlliyi var. Ümumiyyətlə, gözəllik və yaşlılığı önləyən məhsulları satmaqda istifadə olunur.


Bundan başqa, rənglərin və dizaynın online alış – verişdə də effekti böyükdür. Müştərilərin çoxu pis bir dizayn və cansıxıcı rənglərin onları həmin saytdan hansısa bir məhsulu satın almaqdan çəkindirdiyini bildirirlər. Müştərilərin 42% - i sadəcə dizayna baxaraq həmin saytdan alış – veriş edib – etməyəcəklərinə qərar verdiklərini bildirərkən, 52% isə girdikləri sayta sadəcə saytı estetik qəbul etmədikləri üçün alış – veriş etmədiklərini bildirirlər.


Online satın almalardakı digər önəmli bir faktor isə web saytın tez – tez yüklənib yüklənməməsidir. Hər hansı bir saytın 5 saniyə belə gec yüklənməsi olduqca çox satış azalmasına səbəb ola bilər. 64% müştəri bir saytdan həmin sayt gec yükləndiyi üçün ordan alış – veriş etməkdən vaz keçdiklərini bildirirlər. Bundan başqa, bu mövzuda diqqət çəkən bir şey isə Amazonun açıqladığı rəqəmlərdir.Amazon-a görə, saytın hər 100 “sales”ə azalması satışlarda 1% düşük olması mənasına gəlir.


Son olaraq bir mağazadakı sözlərin effekti araşdırılmışdır. Üzərində “ENDİRİM” yazılan bir mağazaya müştərilərin girmə ehtimalı 52% artarkən müştərilərin 60% - i üzərində “Zəmanətli” yazılan bir məhsulu almağa daha meyllidir.