İnfrastruktur və tunel inşaatı şirkəti “The Boring Company”nin rəhbəri İlon Mask alov püskürdən silah satışından bir neçə gün içərisində 10 milyon dollar qazanıb.


Facemark.az xəbər verir ki, İ.Mask 100 saata ümumilikdə 20 min silah satıb.


“The Boring” şirkətinin rəhbəri silahlar ilə bağlı olaraq sosial platforma “Twitter”də bazar ertəsi belə bir paylaşım etmişdi: “Əslində alov püskürdən silahın istehsalı çox dəhşətli fikirdir. Qəti almayın!”.




Ötən ildə Mask tünel inşaatı şirkətini maliyyələşdirmək üçün dənəsi 20 dollara olan papaq satmışdı.



Qeyd edək ki, alov püskürdən silahların qiyməti cəmi 500 dollardır.