Bu günlərdə adı tez-tez hallanan, Marsa belə raket göndərən 46 yaşlı alim, investor İlon Maskın elektrik mühərrikli avtomobil şirkəti “Tesla” tarixindəki ən yüksək rüblük zərər edib.


Facemark.az xəbər verir ki, 2016-cı ilin sonuncu rübündə “Tesla” 121,3 milyon dollar zərər edib. Dekabrın 31-də sona çatan üç aylıq dövrdə isə zərərin miqdarı 675, 4 milyon dollar olub.


Hesabat dövründə şirkətin gəlirləri isə 2,28 milyard dollardan 3,29 milyard dollara yüksəlib.


“Tesla”nın analtiklərinin fikrincə, “Model 3 sedan” üçün böyük miqdarda sərmayə yatırılıb və rekord zərərin məhz bu səbəbdən yarandığı bildirilib.


Analtiklər deyib ki, “Tesla”nın “Model 3” üçün 500 min ön sifariş var. Siyahıdakı nə qədər insanın hələ də gözlədiyi haqqında isə informasiya yoxdur.


Qeyd edək ki, investor “Space X” ilə “Tesla”nın gördüyü işləri bir-biri ilə əlaqələndirməyə çalışır. Məsələn, “Space X”in istehsal etdiyi “Heavy Falcon” raketinin içinə “Tesla”nın istehsalı olan elektrik mühərrikli, idman avtomobili yerləşdirilmişdi. Qırmızı Roadsterin sürücüsü isə astronavt paltarı geyinən cansız manken idi.