Türkiyənin araşdırma şirkəti “DORinsight” tərəfindən “Sevgililər Günü Araşdırması” üçün 300 nəfər arasında sorğu keçirilib.
Facemark.az xəbər verir ki, araşdırmanın nəticələrinə görə, sorğuya qatılan iştirakçıların çoxunun hədiyyə gözləntisi böyük, hədiyyə almaq üçün ayırdıqları büdcə isə məhdud olub.
Sorğu iştirakçılarının 74%-i hədiyyə alacaq
Sorğu zamanı maraqlı nəticələr əldə edilib. Belə ki, sorğu iştirakçılarının 26%-i “Sevgililər Günü” hədiyyəsi üçün nə qədər büdcə ayırmısınız? sualına “Hədiyyə almayacağam” deyib. Sorğu iştirakçılarının 2/3-i isə hədiyyə gözlədiklərini bildiriblər.
Hədiyyə alacaq sorğu iştirakçılarının 25%-i 50-100 TL (22-45 manat-red.), 31%-i 100-300 TL (45-134 manat), 8%-i isə 300-500 (134-223 manat) TL, 500 TL (223 manat) və daha çox pul xərcləyəcəyini deyənlərin faizi isə 10 olub.
Sorğu çərçivəsində insanlara “Sevgililər Günün”də sizə veriləcək hədiyyədən gözləntiniz nədir”? sualı verilib. Onların 33%-i deyib ki, “Gözləntim yoxdur”. Əsas olan xatırlamaqdır, kiçik şeylər ilə belə xoşbəxt olaram deyənlərin faizi isə 58% olub. Özəl və diqqətçəkici hədiyyə almaq istəyənlərin faizi isə 10 olub.