“Groupe Rocher” şirkətinə aid olan türk kosmetika pərakəndəçisi “Flormar” üç il içərisində Rusiya bazarında 400-dən çox françayzinq mağaza şəbəkəsi açacacaq.


Facemark.az xəbər verir ki, “Kommersant” yazır ki, fevralda isə brendin Rusiyada Novorossiysk (Krasnodar ərazisi) və Moskva yaxınlığı-Serpuxovda iki monobrand mağazası açılıb.


“Flormar Rus”un baş direktoru Andrey Karpovun sözlərinə görə, brendin mağazaları əhalisinin sayı 200 mindən çox olan şəhərlərdə açılacaq: “2018-ci ilin sonuna qədər brendin ölkə ərazisində 50-dən çox belə mağazasının olması planlaşdırılır. 2020-ci ilin sonuna qədər isə bu rəqəm 400-dən çox olmalıdır.


Bunlar fərdi mağazalar, həmçinin brend multibrend şəbəkələrində shop-in shop (mağaza içi mağaza) formatında olacaq”.


“Flormar” markasının adı altında 2012-ci ildən göz qapaqları üçün kölgə, dırnaq üçün boya, dodaq boyası, tuş istehsal edilir”. “Flormar”ın 51% səhmi fransız şirkəti “Groupe Rocher”ə (Yves Roche markası) məxsusdur. “Infoline –Analtika” şirkətinin məlumatına görə isə, 2017-ci ildə rus bazarında ətir və kosmetika şəbəkəsi 8% artaraq 710 milyard rublu (təxminən 13 milyard dolları-red.) ötüb.


Qeyd edək ki, “Flormar”ın ümumilikdə 7 qitədə 104 ölkədə fəaliyyət göstərir.