İsveç riteyleri H&M yeni hesabatında cari ilin birinci rübündə gəlirlərində azalma olduğunu açıqlayıb. Dekabr-fevral aylarında markanın gəlirlərində 61% azalma müşahidə olunub. Bu son 16 ildə ən böyük itki hesab olunur.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şirkət gəlirlərində azalmanın səbəbini qış fəslində havanın mülayim keçməsi ilə izah edir.
Şirkət hesab edir ki, belə havada alıcıların istehlak ehtiyacı yox olur. Halbuki, yeni ilin birinci rübü şirkətlər üçün rentabelli aylar hesab olunur, onlar ən çox həmin aylarda qazanc əldə edirlər.
Həmçinin, şirkət vurğulayır ki, gəlirlərin azalmasına ABŞ-da yeni vergi islahatlarının tətbiqi ilə bağlı yaranmış maliyyə xərcləri də təsir edib.
Ekspertlər isə deyirlər ki, markanın gəlirlərinin azalmasına şirkət ətrafında irqçiliklə bağlı qalmaqal da təsir edib. Belə ki, yanvarda marka uşaq kolleksiyası üçün yeni kampaniyaya başlamış, zənci uşaq modelin geyindiyi məhsulun üzərində meşədəki ən havalı meymun sözləri yazılmışdı.
Şirkət isə, müştərilərini əmin edirdi ki, baş vermiş hadisə bilərəkdən edilməmişdi. Şirkət öz niyyətinin ciddiliyini göstərmək üçün şirkətdə yeni TOP menecer vakansiyası yaratmışdı. Həmin vəzifəyə təyin edilmiş şəxs isə şirkətin multikulturalizm və qeyri-diskriminasiya siyasətinin həyata keçirilməsi üçün cavabdeh olacaqdı.