Bakıda praktiki rəqəmsal marketinq təlimləri başlayacaq. Təlimlər aprelin 29-dan başlayaraq mayın 29-dək, bir ay boyunca davam edəcək.


Facemark.az xəbər verir ki, kursda iştirak etməklə siz Rəqəmsal marketinq alətləri, Sosial media marketinqi, internet reklamları, Google AdWords, Affiliate Marketinq, SEO və digər mövzular üzrə yerli və beynəlxalq təcrübəni, beynəlxalq təcrübənin lokal bazara adaptasiyasını və texnoloji yeniliklər haqqında praktiki biliklərinizi artıracaqsınız.


Digital AIR təlimləri ərzində Aysel Cəbrayılova (FİL reklam agentliyinin rəhbəri, Digital Marketing Conference həmtəsisçisi), Pərviz Əzimov (Technol - marketinq direktoru, “Rəqəmsal Marketinq – Bələdçi” kitabının müəllifi) və öz sahələri üzrə ixtisaslaşan yerli mütəxəssislər təcrübəsini iştirakçılarla paylaşacaq.



Təşkilatçılar əmin edir ki, kursun nəticələrinin iş həyatınızda yaxşı təsiri olacağına söz vermirik, lakin, Əla təsiri olacağına əminik: “Artıq 4-cü dəfə keçiriləcək olan kursda indiyədək bir çox şirkətlərin əməkdaşları iştirak edib. Onlar Bizə güvənib, bizi seçdilər və nəticəsini gördülər. Sahəsində ixtisaslaşmış təlimçilər, PRAKTİKA üzərindən keçirilmiş mövzularda öz biliklərini bölüşəcəklər”.


İndi isə gəlin Sizə Digital Air seçməyiniz üçün 3 səbəbi bildirək:


- Spikerlər fərqli sahələrdə çalışırlar. Bu o deməkdir ki, Siz rəqəmsal markentinq alətlərini bir nəfərin subyektiv rəyi ilə deyil, müxtəlif sahələrdə çalışan və işlədən mütəxəssislərin təcrübəsindən öyrənəcəksiniz.


- Hər birimiz işləyirik, buna görə də Sizi düşünüb təlim saatlarını 19:00-21:00 (ola bilər suallar çox olsa bir azda uzana bilər) arasında edirik. Çünki, işləsək belə günü-gündən inkişaf edən dövrdə yaşayırıq, dövr inkişaf etdiyi kimi hər birimizdə inkişaf etməliyik.



- Professional networking imkanı yaradır. Markentinq icmasında yavaş-yavaş hamını tanımış olursunuz. Gələcəkdə birgə müəyyən layihələr etməyiniz üçün bu imkanın olması, həm Sizin, həm də işlədiyiniz şirkətin xeyrinədir.


Qeydiyyat: https://goo.gl/forms/xaFkKt3naDmN8ARo1


Əlaqə: (+99451) 295 46 77


Təlimin qiyməti 200 AZN–dir.