Çinin ən sürətlə inkişaf edən avtomobil markası Geely 2009-cu ildə ildə məşhur transmissiya istehsalçısı olan Avstraliya mənşəli DSI (Drivetrain System Interntional) şirkətini satın alması Geely şirkətinə avtomobillərini öz istehsalı olan avtomatik sürət qutusu ilə təchiz etmək imkanı vermişdir. Xatırladaq ki, Geely keçən ilin iyul ayında Çində keçirilən 8-ci Beynəlxalq Avtomobil Sərgisində özünün istehsal etdiyi 6 pilləli avtomat sürət qutusunu geniş ictimaiyyətə təqdim etdi. Bütün bunların nəticəsi olaraq Azərbaycanda da getdikcə populyar olan Emgrand EC7 modeli artıq həm 5 pilləli mexaniki, həm də 6 pilləli avtomat sürət qutusu ilə təqdim olunur. Tələbkar Avropa alıcısı üçün istehsal olunmuş Emgrand EC7 modeli yüksək texnologiyaları və üstün təhlükəsizlik sistemlərini özündə cəmləmişdir.  Qeyd edilməlidir ki, Geely Emgrand EC7 modeli müstəqil qəza testlərində də kifayət qədər yüksək nəticələr göstərməkdədir. E-NCAP tərəfindən keçirilən son qəza testlərinin nəticələrinə əsasən Emgrand EC7 modeli 4 ulduz almışdır. Avtomat sürət qutusu ilə təchiz olunmuş Emgrand EC7 modeli 13200 manatdan başlayan qiymətlər və sərfəli kredit şərtləri ilə Azərbaycan avtomobil həvəskarlarına təklif olunur.