Səyahətə çıxmağı, istirahət etməyi kim istəməz ki? Əgər siz də dünyada səyahət üçün ən ucuz ölkələrdən xəbərdar olmaq istəyirsinizsə o zaman bu məqalədən yararlana və eyni zamanda büdcənizə qənaət edə bilərsiniz. İndi danışacağımız bütün bu siyahıdakı ölkələr barədə ağlınızda tərəddüd qalmasın deyə tək -tək otel və gündəlik xərclərinizi qeyd edəcəyik.


1. Nepal - Ölkədə bir vaxt baş verən zəlzələ nəticəsində iqtisadiyyat çox aşağıya düşmüş, yaşam şərtlərində ucuzlaşma baş vermişdir. Təəssüf ki, bu ölkədə gündəlik 1-2 dollara keçinməyə çalışan insanlar var. Yəni, sizin üçün çox balaca görünən rəqəmlər Nepal xalqı üçün çox böyükdür.



- Qonaqlama: 8.2 almış bir oteldə bir gecə adambaşı 3 dollar


- Orta dərəcə restoran yemək: 5 dollar


- Şəhər daxili nəqliyyat: 0.20 cent


- Ortalama gündəlik xərc: 25 dollar


2. Hindistan - 300 milyon insanın küçədə doğulub, küçədə böyüyüb, küçədə öldüyü həmin ölkə. Burada səyahət çox ucuz yaşam isə çox bahadır.



- Qonaqlama: Aqra şəhərində bir oteldə gecəlik qonaqlama adambaşı 3 dollar


- Orta dərəcə restoranda yemək: 4 dollar


- Şəhər daxili nəqliyyat: 0.15 cent


- Ortalama gündəlik xərc: 25-30 dollar


3. Vyetnam - Cənub Şərqi Asiyanın ən cazibədar ölkələrindəndir. Elə düşünmək olar ki, nəinki səyahət etmək üçün eyni zamanda, yaşamaq üçün ən ucuz və ən gözəl ölkələrdəndir.


- Qonaqlama: 8.1 almış bir oteldə günlük adambaşı 4 dollara qalmaq mümkündür.


- Orta dərəcə restoranda yemək: 10 dollar (ucuz restoranda 4 dollar)


- Şəhər daxili nəqliyyat: 0.72 cent


- Ortalama gündəlik məsrəf: 30 dollar



4. Şri-Lanka - Ada ölkəsində aylıq 750 dollara çox rahat yaşaya bilərsiniz.


- Qonaqlama: 8.8 almış otelin gecəsi adambaşı 6.30 dollar


- Orta dərəcə restoranda yemək: 4-7 dollar


- Şəhər daxili nəqliyyat: 0.14 cent


- Ortalama gündəlik xərc: 25 dollar



5. İndoneziya - Ən gözəl yerlərdən biri sayılan bu ölkəyə səyahət də çox münasibdir.


- Qonaqlama: 8.3 almış oteldə bir gecə adambaşı 5-7 dollar


- Orta dərəcə restoranda yemək: 10 dollar


- Şəhər daxili nəqliyyat: 0.38 dollar


- Ortalama gündəlik məsrəf: 35 dollar



6. Ukrayna - Ekonomik tətil axtarırsınızsa, Lviv, Kiyev, Odessa kimi gözəl şəhərləri olan bu ölkəyə mütləq səyahət etməlisiniz.


- Qonaqlama: 8.9 almış otelin gecəsi adambaşı 4 dollar


- Orta dərəcə restoranda yemək: 7 dollar


- Şəhər daxili nəqliyyat: 0.20 cent


- Ortalama gündəlik xərc: 30 dollar



7. Gürcüstan - Son illər özünün ucuz səyahət imkanı ilə ən çox turist cəlb edən ölkələrdəndir.


- Qonaqlama: Tiflisdə 8.1 almış oteldə bir gecə adambaşı 4 dollar


- Orta dərəcə restoranda yemək: 10 dollar


- Şəhər daxili nəqliyyat: 0.20 cent


- Ortalama gündəlik xərc: 30 dollar



8. Bolqarıstan - Bir çoxları həftəsonu kiçik səyahət üçün məhz bu ölkəni seçir. Əsasəndə qış mövsümündə turist axını bura daha çox olur.


- Qonaqlama: 8.5 almış bir oteldə gecəlik adambaşı 8 dollar


- Orta dərəcə restoranda yemək: 10 dollar


- Şəhər daxili nəqliyyat: 0.50 cent


- Ortalama gündəlik xərc: 35 dollar



9. Nikaraqua - İllərdir ən ucuz yaşam şərtlərinə malik ölkələrdəndir. Bununla bağlıdır ki, dünyanın dörd bir yanından tələbələr bura ucuz yaşam sürərək dil öyrənməyə gəlirlər.


- Qonaqlama: 8.8 almış bir oteldə bir gecə adambaşı 7 dollar


- Orta dərəcə restoranda yemək: 10 dollar


- Şəhər daxili nəqliyyat: 0.10 cent


- Ortalama gündəlik xərc: 30 dollar



10. Makedoniya - Ən ucuz tətil yeri olmaqla yanaşı, həm də göz oxşayan mənzərəsi vardır.


- Qonaqlama: 8.9 almış bir oteldə bir gecə adambaşı 7 dollar


- Orta dərəcə restoranda yemək: 7-10 dollar


- Şəhər daxili nəqliyyat: 0.70 cent


- Ortalama gündəlik xərc: 30 dollar



Ümid edirik ki, sizin maraq dairənizə və büdcənizə uyğun məlumatlar oldu.