“İdmanda musiqidir. O mənada kı, idman da bir çox müxtəlif təbii ritmlərlə zəngindir... Mən idmançılarla işləyəndə onları orkestrdəki musiqiçilərə bənzədirdim” – Mark Ronson deyir.
«Anywhere in the World» – musiqi və idman ritmlərini birləşdirən Coca-Cola şirkətinin London Olimpiadasındakı himni Böyük Britanıyanın paytaxtında, Coca-Cola şirkətinin təşkil etdiyi xüsusi konsertdə təqdim edilib. Eksklüziv kompozisiya Move to the Beat™ kampaniyasının başlıca hissəsidir.
Move to the Beat™ kampaniyasının məramı - musiqi vasitəsi ilə gəncləri Olimpiya dəyərlərinə, ümumilikdə, idmana daha da yaxın etməkdir. Londonun zəngin musiqi irsinə arxalanan kampaniya yerli musiqini Olimpiya oyunlarına daxil edilən idman növləri ilə birləşdirərək, gəncləri keçiriləcək yarışlara cəlb etmək fikrindədir.
“Müasir gənclərin ən ümdə həvəsi – musiqidir. Move to the Beat™ aksiyasının köməyi ilə Coca-Cola şirkəti bütün dünya gəncliyini Londonun ritmini duyaraq, bizim 84-illik tərəfdaşlığımızın ən irimiqyaslı hadisəsində iştirak etməyə ruhlandıracaq”, - Coca-Cola-nın Sparkling Beverages şirkətinin vitse-prezidenti Şey Droxan izah edir.
Coca-Cola 2012-ci il London ritmlərini təqdim edib
Kompozisiyanın özülünü təşkil edən yaradıcı proses, həmçinin, müstəqil məhsul kimi təqdim edilmişdir. Yekunda bir saatlıq sənədli film ərsəyə gəlmişdir. Britaniyanın musiqi çartlarına başçılıq edən Keti Binin iştirakı ilə himnin vokal partiyasını yazmamışdan öncə, Mark Ronson səyahət edərək gənc idmançılarla görüşüb, idmanın səslərini qeydə alıb.
Ən müasir texnologiyalardan istifadə edən Ronson bu və ya digər idman növlərinə xas olan bir çox səsləri lentə köçürüb. Misal üçün, çarxın tərkib hissəsindən biri sprinter Devid Oliverin qaçış zamanı ayaqlarının yerə zərbəsini əks etdirən səs təşkil edir. Nəğmədə, həmçinin, Coca-Cola Olimpiya “səfirlərinin” ifasında, müxtəlif idman növləri “səslənir”: Britaniyalı tennisçi Darius Naytdan, Rusiyalı qaçıcısı Kseniya Vdovinadan, Sinqapur ox atanı Dayan Cafferdən, Meksika taekvondo ustası Mariya Espinozadan.
“İdmançılarla ünsiyyətdən əldə etdiyim təcrübə çox faydalı idi. Onların mühitində olmaq, idman ab-havasını hiss etmək nəğmənin yekunda necə ərsəyə gətiriləcəyini dərk etməyə kömək edir” – Mark Ronson deyir.
Rəqəmsal texnologiyalar sahəsində qlobal təcrübə
Bütün dünya gəncliyi Ronsonun səyahətinin tərkib hissəsi olmaq üçün Coca-Cola-nın oyun proqramları vasitəsi ilə dəvət alıb. Kampaniya çərçivəsində gənclərə Create my Beat (www.coca-cola.com/theolympics) kompüter proqram qoşması təklif olunur. Onun köməyi ilə yeni mahnılar yaradaraq dostlarla və bütün dünya ilə The Global Beat saytında bölüşmək mümkündür. Bu İnternet birliyi musiqidə daim hərəkət və inkişafı qorumağa imkan verir.
Coca-Cola şirkəti haqqında
Coca-Cola şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. Coca-Cola® şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 15 milyard dollar olan brendlər daxildir: Diet Coke®, Fanta®, Sprite®, Coca-Cola Zero®, vitaminwater, Powerade®, Minute Maid®, Simply® və Georgia® Coffee. Qlobal miqyasda Coca-Cola şirkəti mineral sular, soklar, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. Coca-Cola şirkəti hər gün 1.8 milyard içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsinə, resursların konservləşdirilməsinə və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Tərəfdaşlarımızla birgə biz, 700 000-dən çox əməkdaşlarımızla, dünya üzrə 10 ən aparıcı şirkətlər sırasına daxiliq. Coca-Cola şirkəti haqda daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə www.thecoca-colacompany.com və yaxud Tvitterdəki sosial səhifəni izləyə bilərsiniz – twitter.com/CocaColaCo.
Redaktorun nəzərinə:
İstifadəçilər tərtib etdikləri musiqini Create my Beat mobil internet saytı vasitəsi ilə, əlavə qoşma proqramlardan azad, The Global Beat saytına yükləyə bilərlər. Əlavə məlumat üçün www.coca-cola.com/theolympics saytına müraciət etmək olar.
Şəkildə: London, İngiltərə – 11 may, 2012-ci il: Mark Ronson və Кeti Bi Coca-Cola-nın 2012-ci il London Olimpiadasının himni- “Anywhere in the World” (http://www.youtube.com/watch?v=GdyEkVwKDpc&feature=plcp) təqdim edirlər.
Ronson 4 ay ərzində dünyanı səyahət edərək idmançılarla görüşüb. O, idmançıların məşqlərini seyr edərək, müxtəlif idman növlərinə xas olan səslərini, himndə istifadə etmək üçün yazıb.
· Mariya Espinoza – Meksika, taekvondo: Mahnı döyüşə start verilməsi elan edən hakimin səsi ilə başlayır. Həmçinin, mahnı gedərkən arabir idmançının və zərbələrin səsi eşidilir.
· Dayan Cəffər - Sinqapur, ox atan: «Ox hədəfə düşəndə onun səsi aydın və uca çıxır – lap nağaraya zərbə vuran kimi”, - Ronson izah edir.
· Darius Nayt – Böyük Britaniya, stolüstü tennis: Dariusun “deyinmələri” və tennis topunun masaya çırpıntısı kompozisiyaya insana xas olan təbii elementlər əlavə edir.
· Devid Oliver - ABŞ, sprinter 110 м: Devidin ayaqlarının yerə zərbələri xüsusi ritm yaradır.
· Kseniya Vdovina - Rusiya, qaçış 400 м: onun ürəyi nəğmənin ritminə uyğun olaraq, dəqiqədə 120 zərbə ilə işləyir.