Pul köçürmələri və ödəmə xidmətləri üzrə dünya lideri olan Western Union şirkəti, ən nüfuzlu futbol turnirlərindən biri olan UEFA Avropa Liqasının global tərəfdaşı və təqdimatçı sponsoru oldu. Bu gündən güvvəyə minən tərəfdaşlıq münasibətləri 2014-2015 il futbol mövsümünün sonunadək davam edəcək.
Futbol üzrə ən irimiqyaslı klub yarışına dəstək, Western Union brendini bütün dünyada tanıtmağa imkan verəcək. Yarışda 53 ölkəni təmsil edən 193 peşəkar komanda iştirak edir. Avropa liqası 200-dən artıq ölkəyə yayımlanır və hər mövsüm 1,3 milyard tamaşaçı auditoriyasını özünə cəlb edir. 200-dən çox ölkədə 500.000 xidmət məntəqəsinə malik olan Western Union müştəri və tərəfdaşlarını UEFA Avropa Liqasının həyəcanına qatılmağa çağıracaq. Saziş Western Union şirkətinə sosial şəbəkələrdə və müxtəlif onlayn məkanlarda eksklüziv video materialları yaymaq, həmçinin, UEFA Avropa Liqasının pərəstişkarları arasında yeni müştərilər cəlb etməyə kömək edəcək.
Diana Skot, Western Union şirkətinin marketinq üzrə vitse-prezidenti və Western Union Ventures şirkətinin prezidenti: “Biz UEFA Avropa Liqasının təqdimatçı tərəfdaşı olmağımızdan çox şadıq. Futbol – idman növü olması ilə yanaşı, eyni zamanda, bütün dünyada sevilən bir tamaşadır. 200-dən artıq ölkədə tanınan Western Union dünyanın hər bir guşəsində müştəri və tərəfdaşlarına heyrətləndirici UEFA Avropa Liqasına daha da yaxın olmağa imkan yaratmaq arzusundadır”.
Mark Odri, Western Union brend idarəetməsi üzrə vitse-prezidenti: “UEFA ilə tərəfdaşlıq – brendimizi bütün dünyaya təqdim etmək üçün fantastik bir fürsətdir. UEFA Avropa liqası, Meksika, Nigeriya və Hongkong kimi ölkələr daxil olmaqla, dünyanın 92% futbol azarkeşlərinin diqqət mərkəzindədir. Ötən il bu klub turnirində 113 ölkəni təmsil edən 1400 oyunçu iştirak edib”.
Hal-hazırda tərəfdaşlıq münasibətləri çərçivəsində Western Union xüsusi marketinq proqramını hazırlayır. Kompleks şəkilində yerinə yetirilən proqram UEFA Avropa liqasına daha çox azarkeş cəlb edəcək.
Western Union şirkəti haqqında
Western Union (NYSE: WU) şirkəti ödəniş xidmətləri üzrə dünya bazarında liderlərdən biridir. Vigo, Orlandi Valuta, Pago Facil kimi pul köçürmə sistemləri ilə yanaşı Western Union-un hüquqi şəxslərə xidmətlərin göstərilməsi üzrə ixtisaslaşan bölməsi də var (Western Union Business Solutions). Western Union istehlakçılara bütün dünya üzrə sürətli, etibarlı və rahat şəkildə pul köçürmələrini həyata keçməyi təklif edir. Western Union, Vigo və Orlandi Valuta qlobal şəbəkəsinin dünyanın 200-dən çox ölkəsində və ərazisində 500 mindən yuxarı xidmət məntəqəsi var. 2011-ci ildə Western Union bütün dünya üzrə fiziki şəxslər arasında ümumi dəyəri 81 milyard dollar olan 226 milyon maliyyə əməliyyatı həyata keçirib. Şirkət həmçinin fihüquqi şəxslər arasında 425 milyon pul köçürməsini reallaşdırıb. Daha ətraflı məlumatı şirkətin rəsmi səhifəsindən əldə etmək olar: www.westernunion.com.