Azərbaycanın Xızı rayonunda Renault-un ilk offrouderi – Duster modelinin test-drayvı keçirilib. Tədbir, bu yaxınlarda Azərbaycan bazarında modelin satışlarına start verilməsi ilə əlaqədar baş tutub. Ölkənin qabaqcıl avtomobil KİV-lərinin nümayəndələri yeni modelin hərəkət və istismar xüsusiyyətlərini sınaqdan keçirmək üçün unikal imkan qazandılar.
Test-drayv Azərbaycanın tanınmış şairi Mikayıl Müşfiqin ev-muzeyinin yerləşdiyi Xızı qəsəbəsinin səfalı dağ məkanında baş tutdu. Renault Duster çətin keçilən dərə-təpəli yolları, kiçik çay sahəsini və girintili-çıxıntılı dağ yolunu müvəffəqiyyətlə dəf etdi. Marşrutun uzunluğu 200 km təşkil edirdi. Test-drayvda iki avtomobil iştirak edib: tamötürücü Duster - benzin mühərriki 1,6l , 102 a.g., beşpilləli mexaniki transmissiyaya ilə və Duster-in ön ötürücülü versiyası - benzin mühərriki 2.0l, 135 a.g. dördpilləli avtomatik transmissiya ilə.
“Renault Duster şirkətimizin MDB ölkələrinin bazarlarında yeni inkişaf mərhələsinə qədəm qoymasını təcəssüm edir. Bu offrouderin meydana çıxması ilə Renault yeni seqment açdı. Müştərilərə əlverişli qiymətlərlə unikal avtomobil təklif edərək, Renault yeni seqmentdə dərhal lider mövqeyi tutmağa israrlıdır. Yeni Duster - Renault-un avtomobil istehsalında əldə etdiyi zəngin təcrübə və bilgilərini ifadə edir”, - Renault-un Avrasiya üzrə kommersiya direktoru Fabris Kamboliv qeyd edib.
RENAULT DUSTER 4x4 OFFROUDERI – HƏR KƏS ÜÇÜN
Renault Duster ilk baxışdan özünü əsl 4x4 tam ötürücü avtomobil kimi göstərir. Modelin ön hissəsi etibarlılıq ifadə edir: geniş qanadlar, radiatorun xromlaşdırılmış barmaqlıqları və s. kimi amillər Renault Duster-in damarlarında əsl offrouder qanının axmasına şübhə doğurmur. Hündür klirens, təsiredici təkər tağları və möhkəm kuzov, sürücünü keçilməsi mümkün olmayan yollara səfər etməyə sövq edir.
Renault Duster istənilən məkanın yollarında hərəkət etmək üçün yaradılıb. Modelin kuzovunun gücləndirilmiş aşağı hissəsi, hündür klirensi (200 mm artıq) və böyük aşma bücaqı (30° giriş bucaq i 35° enmə) yolsuzluq şəraitində hərəkət etmək üçün tam uyğunlaşdirilib.
Renault Duster – istismarda çox əlverişli avtomobildir. Avtomobil yüngül çəkisi (4x2 versiyada 1 180 kq, 4x42 - 1280 kq), habelə yığcam ölçüsü və yüksək çeviklikliyi ilə seçilir. 4x4 modifikasiyalı salonda, mərkəzi konsolun alt hissəsində yerləşən idarəetmə paneli vasitəsi ilə sürücü çox asanlıqla avtomobili öz istəyinə görə kökləyə bilər.
Qiymət/keyfiyyət mütənasibliyini nəzərə alsaq, Renault Duster üçün rəqib tapmaq müşkül məsələdir. Çünki bu avtomobil təhlükəsizliyin optimal səviyyəsi, nöqsansız etibarlılığı və qənaətcil mühərriklər sayəsində - əlverişli istismar qiymətini özündə birləşdirir.
Renault Duster avtomobilini Renault Azərbaycan Satış Mərkəzindən çox əlverişli satış şərtlərilə - 15% ilkin ödəniş, 14% illik bank faizi ilə 15 900 AZN-dən başlayan qiymətlərlə əldə edə bilərsiniz.
Renault Duster avtomobilinə 3 il və ya 100000 km zəmanət verilir.
Ünvan: Bakı, Babək prospekti, 28 D
Telefon : (+994 12) 447 27 21
E-mail: info@nurgunmotors.az
Web: http://www.renault.az/
http://www.facebook.com/renaultazerbaijan