Yay mövsümü müxtəlif tipli içəcəklərin ən çox istifadə olunduğu vaxtdır. Bu səbəbdən “Az-Granata” MMC yeni premium markasını bazara təqdim etmək üçün məhz bu mövsümü seçib.


+ More adıyla tanınacaq bu məhsul 9 dadda - üzüm, alma, şaftalı, portağal, ərik, albalı, qara qarağat, multivitamin, nar çeşidləriylə 1l-lik tetrapak və şüşələrdə artıq A kateqoriyalı marketlərdə satışa verilmişdir.


Şirkətin marketinq direktoru Renat Azməmmədov qeyd etdi ki, məhsulun sadəcə müasir minimalistik görünüşü deyil, keyfiyyəti də məhsulun premiumluğunu tamamlayır və indi əsas vəzifə onu hədəf qrupuna daddırmaqdı, sonrasında prosess sırf məhsulun keyfiyyəti və dadına görə avtomatik şəkil alacaq.


+ More həm adıyla, həm də xüsusi seçilmiş plas işarələri ilə məhsulun meyvə suyundan daha artıq olmasına və ekstra ləzzət, enerji və dad vəd etməsinə işarədir.


Markanın konsepti və qablaşdırılması Genna’Baku agentliyi tərəfindən hazırlanıb.