Nar Mobile mobil operatoru yeni möhtəşəm kampaniya başlayıb. Lotereyada çoxlu pul uduşlarının olması ilə yanaşı, əsas hədiyyə olaraq Mercede-Benz C180 Coupe avtomobili oynanılacaq. Kampaniya qoşulan abunəçi uduş keçirilən müddətdə  hər həftə 500 AZN, hər ay 5000 AZN və final uduş günündə Mercedes-Benz C180 Coupe qazanmaq imkanını əldə edəcək. Lotereyada iştirak etmək üçün Nar Mobile nömrəsindən START yazıb 8500 qısa nömrəsinə SMS göndərmək lazımdır.


Kampaniyanın şərtlərinə görə, iştirakçı hər bir “SMS”-ə görə 10 (on) xal əldə edir. Toplanmış hər 10 xal bir şans olaraq qiymətləndirilir. Daha çox  SMS, abunəçinin  qalib olmaq şansını artırmış olur. Bir SMS-in qiyməti ƏDV daxil olmaqla 0,69 AZN-dir.


Qeyd edək ki, lotereya 2012-ci il iyunun 12-dən dekabrın 25-dək həyata keçiriləcəkdir.