DəmirBank-ın 3 müştərisi Western Union sisteminin keçirdiyi “Heyrətləndirici dünya!” kampaniyasında xaricə səyahət paketi qazanıb.
Azərbaycanın bir sıra banklarının qoşulduğu kampaniyanın 1-ci tirajında 5 qalib müəyyən edilib, bunlardan da 3 nəfəri DəmirBank-ın müştərisi olub. Qaliblər seçdikləri istənilən ölkəyə turist paketi və ya hədiyyənin məbləğini nağd şəkildə əldə edə bilərlər.
Ümumilikdə 2 tirajdan ibarət kampaniyanın növbəti – sonuncu tirajı 21 sentyabr 2012-ci il tarixində keçiriləcək. 2-ci tirajda da 5 müştəri 1000 AZN dəyərində xaricə səyahət paketi qazanacaq. Lotereya aksiyası kuponlar vasitəsilə həyata keçirilir və bu kuponlar 2 hissədən ibarətdir. Bir hissəsi müştəridə, digəri isə lotereyada iştirakı təmin etmək üçün əməliyyatçıda qalacaq.
DəmirBank-ın hazırda Bakı və regionlarda 31 filialı təcili pul köçürmə xidmətlərini göstərir. Ölkənin müxtəlif şəhərlərində müvafiq olaraq Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Şəmkir, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli filialları fəaliyyət göstərir.
Bankın pul köçürmə xidmətləri və kampaniyaları barədə www.demirbank.az saytından və ya 149 nömrəsinə zəng etməklə müştərilər ətraflı məlumat əldə edə bilər.