Dünyanın ən böyük SYİM (Sürətlə Yayılan İstehlak Malları) şirkəti olan “Procter & Gamble” marketinq fəaliyyətinə, habelə məhsullarının idxalı və satışlarını həyata keçirən yerli distribüter şirkəti ilə təcrübəsini bölüşməyə xüsusi diqqət yetirərək 13 ildən artıqdır ki, öz nümayəndəliyi vasitəsilə Azərbaycanda fəaliyyət göstərir.


“Procter & Gamble” şirkəti brendləri və korporativ sosial proqramları sayəsində illər ərzində milyonlarca Azərbaycan istehlakçılarının həyatının tərkib hissəsi olmuşdur. Hər gün 170 000-dən artıq istehlakçı “Procter & Gamble” məhsullarını alır və onlardan istifadə edir.


“Procter & Gamble” şirkəti münasib işgüzar mühitin sayəsində Azərbaycanda biznesin inkişafında yüksək müvəffəqiyyətlərə nail olduğunu nəzərə alaraq ölkəmizdə və yerli bazarda öz təmsilçiliyini genişləndirmək qərarına gəlmişdir. “Procter & Gamble” şirkəti marketinq təşəbbüsləri, məhsulların idxalı və partnyorlarla əlaqələrin qurulması daxil olmaqla Azərbaycanda bütün biznes əməliyyatlarına cavabdeh olacaq yeni hüquqi şəxs təsis etdi. İnanırıq ki, “Procter & Gamble” şirkətinin ölkədə daha güclü təmsil olunması Azərbaycan istehlakçılarının tələbatlarını brendlər və sosial proqramlarımızın köməyi ilə daha tam şəkildə ödəməyə imkan yaradacaq. Bununla bağlı, “Procter & Gamble Azərbaycan Servisləri” MMC şirkətinin baş direktoru cənab Kaan Baral qeyd etdi ki, “Bu qərar şirkətimiz tərəfindən Azərbaycan istehlakçılarına xidmət göstərmək öhdəliyi və Azərbaycan iqtisadiyyatına uzunmüddətli sərmayə yatırmaq niyyətimizi  əks etdirir”


“ENGIN LTD” distribüter şirkəti “Procter & Gamble” şirkətinin məhsullarının ölkə ərazisində distribüsiyasında əsas tərəfdaş olaraq qalacaqdır.


“Procter & Gamble” şirkəti haqqında


“Procter & Gamble” şirkəti öz etibarlı və keyfiyyətli brendlər çeşidi vasitəsilə dünya üzrə 4,4 milyard insanın həyatına təsir göstərərək məişətini yüngülləşdirir. Şirkətin aparıcı brendləri aşağıdakılardır: Pampers®, Tide®, Ariel®, Always®, Whisper®, Pantene®, Mach3®, Bounty®, Dawn®, Fairy®, Gain®, Charmin®, Downy®, Lenor®, Iams®, Crest®, Oral-B®, Duracell®, Olay®, Head & Shoulders®, Wella®, Gillette®, Braun®, Fusion®, Ace®, Febreze®, və Ambi Pur®.  Şirkət 80-dən çox ölkədə nümayəndəlikləri ilə təmsil olunaraq dünyanın 180 ölkəsində brendlərini istehlakçılara təklif edir.


“Procter & Gamble” şirkətinin nümayəndəliyi Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Şirkət Azərbaycanda istehlakçılara 30-dan çox brend altında məhsullar təklif edir. “Procter & Gamble” şirkəti 1,000,000-dan artıq gənc ana və uşaqların məişətini yüngülləşdirən çoxsaylı korporativ sosial məsuliyyət layihələrini ölkə ərazisində həyata keçirmişdir


“Procter & Gamble” şirkəti və onun brendləri haqqında daha ətraflı məlumat almaq üçün sayta müraciət edin http://www.pg.com