Sənədlərin tanınması və daxili edilməsi, linqvistika və tərcümə sahəsində aparıcı proqram təminatı və xidmətlər təchizatçısı olan Rusiyanın ABBYY şirkəti öz məhsullarını inkişaf etdirməkdə davam edir. Belə ki, şirkət Azərbaycan dili üçün morfologiya modulunun işlənib tamamlandığını açıqlayıb və onu skaner, faks və çoxfunksiyalı qurğulardan alınan sənədlər və PDF-faylların emalı üçün yeni ABBYY Recognition Server 3.5 yüksək məhsuldarlıqlı server həllinə daxil edib.
Lokal dəstəyi morfologiya sınağı üçün material təqdim edən ABBYY-nin Azərbaycandakı sertifikatlaşdırılmış tərəfdaşı SINAM şirkəti göstərib. Ekspertlərin fikrincə, morfologiyanın dəstəklənməsi Azərbaycan dilində olan mətnlərin düzgün tanınması faizini xeyli artıracaq və bununla da ABBYY-nin həllərini Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları layihələrində tətbiqini genişləndirəcək.