“Yüksək Texnologiyalar Həftəsi”nə start verilərək 4-7 dekabr tarixlərində Bakı şəhərində “Bakutel 2018”- 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı keçiriləcək.


Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, bu il sərgi dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq şirkətin iştirakı gözlənilir.


İştirakçıların arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar.


“Bakutel 2018” sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılan ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendlərini nümayiş etdirəcək.


Sərgi bu il bir real innovasiya festivalı təqdim edəcək. Sərgidə banklar üçün yeni nəsil IT həlləri, şəhər nəqliyyatı, pərakəndə satış, “Ağıllı Şəhər” (Smart City) sistemləri, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq.


Hər il iştirakçıların siyahısı yeni şirkətlərlə öz ekspozisiyasını genişləndirir. Bu il debütantlar arasında Silk Way Biznes Aviasiya, Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), ”Sistematiks” (Rusiya), “Suntech” (Polşa) və digərləri yer alır.


Sərgidə ilk dəfə olaraq Silk Way Biznes Aviasiya öz stendində təyyarə üçün yeni bir laboratoriya təqdim edəcək: ATR 42-500. Bu gəmi üçün yenilik Sokkia GRX1 cihazında gerçək zamanlı kinematik metodundan (RTK) istifadə edilən geodeziya çəkilişidir. Sərgidə turizm, ekologiya, qonaqpərvərlik, mühasibatlıq və s. kimi müxtəlif fəaliyyət istiqamətləri üzrə yeni ideyalarını təqdim edəcən 100-ə yaxın azərbaycanlı startapçılar təqdim olunacaqlar. İnkişafın təsirli bir hissəsi virtual və genişlənmiş reallıq texnologiyalarının tətbiqinə əsaslanır. Sərginin dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı keçiriləcək. Həmçinin “Bakutel” sərgisi çərçivəsində “B2B” formatlı də təşkil olunacaqdır.


İlk dəfə olaraq “Bakutel” sərgisində alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsaslı “Robokiper” təqdim olunacaq.


“Robokiper” - dünyanın ən sürətli qapıçısı hesab edilir. “Bakutel 2018” sərgisinin zirayətçiləri və qonaqları “Robokiper”-ə qol vurmaqda özlərini sınaya biləcəklər.


Oyun iştirakçılarına vurduqları hər bir qola görə “Azercell” şirkəti tərəfindən müxtəlif hədiyyələr və “Aloff” firması tərəfindən futbol topu təqdim ediləcək. “Bakutel” sərgisi hər kəsə ən yaxşı nailiyyətlər və texnologiyaların qəbul edilməsi, yeni tərəfdaşlar və investorların tapılması, eləcə də biznesin inkişafı üzrə səmərəli həll yollarını təqdim edəcək. Sərgi haqqında ətraflı məlumat, eləcə də elektron dəvətnamə rəsmi saytdan www.bakutel.az əldə edə bilərsiniz.


#Bakutel