Yaxın gələcəkdə "Nestle" 2012-ci ilin mayında qeydiyyatda olan Məhdud Məsuliyyətli Cəmiyyət "Nestle Azərbaycan" əməliyyat şirkəti vasitəsilə Azərbaycana öz məhsullarının tədarükünə başlayır.
"Biz məhsulların çatdırılmasıyla, marketinqlə və Azərbaycan bazarında məhsulların təbliği ilə əlaqədar digər funksiyalarla məşğul olacaq "Nestle Azərbaycan" MMC-ı yaradaraq, Azərbaycan bazarında öz mövqeyimizi gücləndirməyi planlaşdırırıq. Avrasiya regionunun "Nestle" şirkətlərinin rəhbəri Mark Potast bildirdi ki, şirkət hal-hazırda pərakəndə şəbəkələrə və mağazalara məhsulların distribyutor vasitəsilə çatdırılacağı haqqda danışıqlar aparır."
"Nestle Azərbaycan" şirkətinin direktoru Ceyhun Baxtiyarlı oldu. Cənab Baxtiyarlı "Nestle " şirkətində müxtəlif vəzifələrdə 13 ildən çoxdur ki fəaliyyət göstərir.
"Nestle Azərbaycan" şirkəti Azərbaycan bazarına NESCAFE ticarət nişanı altında qəhvə və qəhvəyi içkiləri, NESQUIK kakaosu, MAGGI kulinariya məhsulları, uşaqların qidalanması üçün NESTLE və GERBER məhsulları, NESTLE dondurmaları, NESTLE şokolad məmulatları, KIT KAT, NESTLE hazır səhər yeməkləri, ev heyvanları üçün PURINA yemləri və digər məhsulların geniş çeşidini təmin edəcək.