İnsanlara rəvayətlər danışmaq doğrudurmu?


Yeni dünyanın müasir texnoloji xarüqələri fonunda mifoligiya nə dərəcədə aktual ola bilər?


Daha soyuq və sərt, metallik və ciddi stil daha effektiv deyilmi?


Robotlaşma erasında romantik duyğulara yer qalırmı?


Artıq metallik koloristika və buz bağlayan sönmüş ekspressiyanın zamanı gəlməyibmi?


Biznesdə və həyatda şirkət və markaların tarixçələri öz emosional əhəmiyyətini yenə saxlayacaqmı?


Mal və xidmətlərin brandinqi prosesində maskot-personajlarını tarixin tozlu arxivine göndərməyəcəyik ki?!


Markalaşmada dəmir stilin qərarlaşdığı zamanda yumora və təbəssümə yer tapılacaqmı?




Yaşasın duyğular və talisman yol verin


Texnologiya insanları duyğusallıqdan uzaqlaşdırmayacaq ki?!


Emosiyalar, sentimentə və romantikaya əlvida deməyəcəyik ki?
Nağıl sadə dil ilə mahiyyətin izahı, hər kəsin başa düşəcəyi bir təhkiyə tərzidir. Nağıl həmişə nağıl olaraq qalacaqdır. İnsan hərdən sadəlövh olmaq istəyir, ola bilmirsə sadəlövhlüyə inanmaq istəyir. Digər tərəfdən, mifologiya etnoqrafik maddi və mədəni abidələr ictimai şüurun müxtəlif səviyyələrinin maddi və mənəvi simvollarının yeni nəsillərə və zamanlara bir informativ ötürücüsüdür, daha asan qavranılan məcrasıdır.


Qobustan qayalarında əks olunan bəsit təsvirlərdə 10 min illərin tarixi əks olunmuşdur. Ekspertlər hər təsvirin mahiyyətini tədqiq etməklə yeni – yeni bilikləri üzə çıxarırlar. Bu baxımdan personajlar bu gün çox aktualdır.Talisman və ya maskot dünya xalqlarının ictimai şürunda dərin iz buraxmış, düşüncə və davranış tərzində müəyyən rol oynamışdır.



Maskot sehrbaz deməkdir və masko sözündən yaranmışdır. Təməlində 1880-ci ildə Fransız bəstəkarı Edmond Audranın yazmış olduğu La Mascotte operası dayanır. Bu operanın özünün də maraqlı bir tarixçəsi var. Operanın süjetini kişilərə uğur gətirən bir kəndli qızın hekayəsi təşkil edir. Məlumdur ki, 1800-1882-ci illər arasında bu opera 1000 dəfədən çox nümayiş etdirilmişdir. Geniş şöhrət qazanan bu səhnə əsəri sonralar ABŞ-da tamaşaya qoyulmuşdur. 11 Aprel 1882-ci ildə operanın Bostonda Gaiety teatrında İngilis dilində The Mascot adı ilə ilk tamaşası olmuşdur və bu tarixi hadisə onu təsdiq edir ki, maskot uğurlar təcəssümüdür.


Bu gün markaların daha səmimi olması vacibdir. İstehlakçıya yaxın olmaq, səmimi tellərlə möhkəm bağlanmaq və qarşılıqlı mehribanlıq yaratmaq ciddi fayda gətirir. Məhsul və xidmətlər okeanında məhsulun (markanın) alıcı ilə mental bağlantısı əvəzolunmazdır.


Maskot-personaj yalnız seçilən və məşhur markalar üçün deyil, bütün brendlər üçün zəruridir. Amma heç də bütün şirkətlər bunun vacibliyini axıra kimi dəyərləndirmirlər. Maskotlar talisman kimi düşünüldüyü üçün onun əsas funksiyası da markaya uğur gətirməkdir.




Maskot hansı heyvan obrazında populyardır daha çox pul qazandırır?


Son illər ərzində maskotların internet saytlarının tanıdılmasında və loqoların tərtibatında geniş yer aldığı müşahidə olunur. Hətta emosiyaların ifadəçiləri qismində də maskotlar geniş yer almaqdadırlar. Son 10 il ərzində maskotlar daha populyardır və bu trend daha da geniş vüsət almaqdadır. Əyləncəli və şən ruhu təcəssüm etdirən, uğurlu yaradıcılq həllli ilə seçilən maskotlar internet sektorunda daha da sevilməkdədir. Maskotlar həm müəllifinin, həm də xidmət etdiyi markanın şöhrətinə şöhrət qatır və müştərilərin loyallığını gücləndirir.


Qədim tayfa və qəbilələr özlərinə totem heyvanlar seçirdilər. İdman komandaları da özlərinə maskot seçərkən heyvan və quşlara üstünlük verirlər: qartal, şahin, pələng, şir, bəbir, öküz, timsah, ayı və.s. Lakin müasir dövrdə bu heç də həmişə yeterli olmur.




Maskotlar özləri də pul qazandırırmı?


İdman klubları öz idman alətlərinin və profil idman növlərinin personajlaşdırılmasına üstünlük verməyə başlayırlar. Texnologiyada və bank sistemində arı obrazından istifadə geniş olunur. Maraqlıdır ki, maskotlar yalnız satışa effektiv və müsbət təsir gösərməklə kifayələnmirlər, habelə özləri də bir suvenir kimi sevilərək satışa çıxarılır və geniş bazar payına sahib olabilirlər. 2014-cü ilin Qış Olimpiya oyunlarında bəbir, ayı və dovşanın satışından 1 milyard dollar gəlir əldə olunmuşdu. Söhbət texnoligiya, blokçeyn və bitkoin erasının çiçəkləndiyi bir zamanda maskot satışlarından gedir…


Bu tipli personajlar müxtəlif yaş qruplarından olan müxtəlif zövqlü və fərqli mədəniyyət ənənələrinə dayanıqlı insanların və müxtəliv millətlərin nümayəndələrinin istəklərinin qarşılana bilməsindən gedir. Bəzən bu personajlar uğurdan çox real pul gətirir.


https://www.adweek.com/brand-marketing/worlds-24-best-commercials-2015-2016-172271/


Daha uğurlu və qazandıran maskotu necə yaratmalı?


Kollektiv şüur deyilən bir elmi termin vardır. Onun vasitəsilə mental fərqliliyə sahib olan insanları da bir araya gətirmək olur. Bu mənada insan arxetiplərinin özəlliklərini nəzərə almaq zəruridir. Arxetiplər barədə ötən yazımızda məlumat vermişdik. 12 fərqli özəlliklərə sahib olan belə arxetiplərin xarakteristikası, dəyərləri, münasibətlər sistemi və davranış alışqanlıqlarını əsas götürməklə yaradılan personajların uğur qazanacağı heç kəsdə şübhə doğurmur. Çünki bu təcrübədə dəfələrlə öz təsdiqini tapmışdır. Hər bir marka bu 12 arxetip modelinə əsaslanaraq, ona həyat verə bilər, markanın tanıdılma səviyyəsini və imicini xeyli yüksəltmiş olar. Bizim hər birimiz müştəriyik, istehlakçıyık, xaraktersiz və nüfuzu olmayan şirkətlərin mal və xidmətlərinə deyil, brand şəxsiyyətinə, simasına sahib olan markalara bağlıyıq, hər marka bizdən ötrü müəyyən obrazdır. Arxetip olaraq insan tipləri də dəyişilməzdir - 12 fərqliliyə sahibdir, təməl tələblər də onların zəminində formalaşır. Məhz bizim bu təməldəki istəklərimiz bu və ya digər markaya bağlılığımıza təkan verir və loyallığı təmin edir. Brand-personaj isə markanın əsas ideyasını ifadə erdirməli olduğundan 12 arxetipdən birini təmsil etdirmiş olur.



Maskotların gücü nədədir?


Maskot böyüklər üçün, xüsusilə uşaqlar üçün bir maraqlı marka obrazıdır, şirkət üçün satış vasitəsidir və hamı üçün əyləncə və zövq alətidir. Maskotlar bir çox fərqli simvolu təcəssüm etdirirlər. Onların maraqlı stillərdə geyimləri də olur. Maskotun istehsal edilməsi və marketinqinin həyata keçirilməsi inkişaf etmiş Qərb ölkələrində bu gün böyük bir sənaye miqyaslı biznes halına gəlmişdir.


Ekspertlərin qeyd etdiyi kimi, personaj olaraq maskot markanın elçisidir, reklamının kommunikativ alətidir, rənginin, qablaşdırmasının və məhsulun təklif formasının özünəməxsus mesajıdır. Bu mesaj müştəri və istehsalçı arasında əlaqə yaradır. İstehlakçının gözləntilərini təşviq edən sözləri, şəkilləri, fikirləri və digər komponentləri özündə birləşdirmiş olur. Əslində markanın strateji kimliyi, adı, loqosu, qrafik sistemi özü-özlüyündə marka ilə bəzi marka xüsusiyyətlərinin inteqrasiyasıdır.


Maskotlar marka şəxsiyyətinin qurulmasında, korporativ mədəniyyətin yaradılmasında, marka strategiyasının planlaşdırılmasında istehlakçı-marka əlaqəsinin təşkilində, istehlakçılara bu və ya digər markanın məhz onun ehtiyaclarını qarşılayacaq ən yaxşı marka olması imicinin yaradılmasında, markanın imicinin qorunmasında və sair istiqamətlərdə mühüm rol oynaya bilər.


Məhz bu baxımdan istifadəsi doğru dəyərləndirilərsə, maskotun səmərəliliyi yüksək olcaqdır. Əks halda, maskot bütün problemlərin həllinin öhdəsindən gələ bilməz. Uğur gətirən bir talisman və insanları özünə məftun edən sehrbaz olsa da ...



Maskotların tipləri hansıdır?


Ekspertlər personajları, əsasən 5 tipə ayırırlar. Bunun əsasında da əksər marka dizaynları həyata keçirilir və yaradıcılıq konsepsiyasının təməli qoyulur. Maskotun elə bir özəlliyi var ki, onun sayəsində ən qaraqabaq markaya və müştəriyə belə gülüş və təbəssüm bəxş etmək olur. Deməli, maskotun ən mühüm əlaməti onun pozitiv əhvali-ruhiyyə yarada bilməsidir.Yumor istənilən məhsul və xidmətin hafizədə qalmasını şərtləndirən mühüm amillərdəndir.




Birinci maskot tipinə faydalı talismanları aid edirlər. Personaja elə bir özəllik vermək lazımdır ki, onun sayəsində mal və ya xidmət daha yaddaqalan olsun. Maskot məhsuldan necə istifadə etməkdə köməkçi rolunda da təmsil oluna bilər.


Beşinci tip maskotlar isə fəaliyyəti və konkret işi ilə markanı populyarlaşdırır və özü də populyarlaşır. Mən hər dəfə ARÇELİK maskotunu xatırlayanda xoş hisslər keçirirəm, hətta gülümsəyirəm. Amma məni heyrətləndirən odur ki, menecerlər zamanında və yerində öz elektronik məhsullarını robot texnikası sektorunun pioneri obrazında təqdim edə bildilər və müəyyən rəfi özləri üçün doğmalaşdırdılar.



Maskot özünün ən gözəl tarixini yaşayır və robotizasiya əsrində onların yeri və rolu artacaqdır. Gözləmək zamanı deyildir. Maskotların robotlar qədər həyatımıza intensiv müdaxiləsi erası start götürmüşdür.



Gələn sayımızda AVTOMOBİL reklamı və kreativ mövzusuna toxunmaq istərdik.


Teymur Məmmədov,


Kreativ Direktor