Yay mövsümü ilə əlaqədar Bank of Baku Bolkart istifadəçiləri üçün nağd pul kampaniyasına start verir. 19 – 29 iyul tarixləri arasında kartdan  pul çıxaran Bolkart sahibləri  sentyabrın 10-dək FAİZSİZ ödəniş imkanı qazanır. Nağdlaşdırmanın komissyon haqqı isə 2,5 %. Beləliklə, indi hər Bolkart sahibi yay tətili və digər mövsümü planları üçün nağd pul imkanı əldə edir.


Bolkart ötən ilin sonu Bank of Baku tərəfindən dövriyyəyə buraxılıb. Alınan malın dəyərini aylara bölüb hissə-hissə ödəməyə imkan verən Bolkartı  qısa müddət ərzində  artıq 25 000-nə yaxın şəxs əldə edib və bu rəqəm mütəmadi şəkildə artır. Bu gün Bolkartla ölkəmizin 300-dən çox dükan və ticarət mərkəzində alış-veriş etmək mümkündür.


Bolkart - tamamilə pulsuz, bərpaolunan limitli bir kredit kartıdır. Bolkart-dan Bank of Baku ilə tərəfdaş olan tanınmış geyim, parfümeriya, kompüter, mobil telefon, məişət texnikası, mebel mağazalarında və digər ticarət obyektlərində istifadə etmək olar. Bolkartı həm onlayn rejimdə - http://www.bolkart.az , həm də Bank of Baku-nun hər-hansı filialına baş çəkməklə sifariş etmək olar.


Kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.