“Snapchat” istifadəçiləri ola bilsin ki, platformada zamanla itməyən foto və video paylaşa bilərlər.


Facemark.az-ın məlumatına görə, “Reuters” öz mənbələrinə istinadən yazır ki, şirkət bununla köhnə istifadəçilərini saxlamaq və platformaya yenilərini cəlb etmək niyyətindədir. Həm də açıq paylaşımlarda istifadəçinin adının açıqlanması funksiyası (Our history bölməsində) əlçatan ola bilər.


Hərçənd bu cür yeniliklərə Snap Inc. rəhbərliyi ehtiyatla yanaşır. Ancaq “Snapchat” ın istifadəçiləri onların məxfiliyini pozacaq yeniliyi neqativ qarşılaya bilərlər.


Qeyd edək ki, daha əvvəl bildirilmişdi ki, “Snapchat” 2018-ci ilin ikinci rübündə 3 milyon istifadəçisini itirib. Buna səbəb isə hamı tərəfindən bəyənilməyən platformanın yenidən dizayn olunması səbəb olmuşdu.


Xatırlatmaq lazımdır ki, “Snapchat 2011-ci ildə yaradılıb. Platforma istifadəçilərə müəyyən zaman qüvvədə olan, daha sonra yox çıxan mesaj, foto, video paylaşmağa imkan verir.