DəmirBank plastik kartlar üzrə təklif etdiyi “Pulsuz” kampaniyasının şərtlərini daha da sadələşdirib. Belə ki, plastik kartı pulsuz əldə etmək üçün hesaba daha az ilkin mədaxil zəruridir.
VISA Electron / Maestro kartlarını pulsuz almaq üçün hesaba 100 AZN / USD / EUR / TRY / GBP və ya 400 AED ilkin mədaxil edilməlidir. VISA Classic / MasterCard Standard üçün - 200 AZN / USD / EUR / TRY / GBP və ya 800 AED, VISA Gold / MasterCard Gold üçün - 1000 AZN / USD / EUR / TRY / GBP və ya 4000 AED, VISA Platinum / MasterCard Platinum üçün 5000 AZN / USD / EUR / TRY / GBP və ya 20000 AED ilkin mədaxil tələb olunur. Kartlar 1 il müddətinə verilir, lakin 2 və 3 il müddətinə plastik kart aldıqda ilkin məxadillər müvafiq il sayına vurulur. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.
“Pulsuz” kampaniyası ilə yanaşı DəmirBank həmçinin “5 manata” kampaniyasını keçirir, bu halda VISA Classic və MasterCard Standard kartlarını 1 illik istifadə şərti ilə hesaba ilkin mədaxil etmədən 5 manata əldə etmək mümkündür. Ödənişli qayda digər kart növləri və müddətlər üzrə plastik kartları hesaba ilkin mədaxil etmədən əldə etmək olar. Bank həmçinin "Xaricdə Təhsil Alanlara Pulsuz Kart” kampaniyası da keçirir.
DəmirBank Azərbaycanda ən geniş çeşiddə valyuta seçimi ilə (Azərbaycan manatı, ABŞ dolları, avro, Böyük Britaniya funtu, Türkiyə lirəsi və BƏƏ dirhəmi) plastik kartları 1, 2 və ya 3 il müddətinə təklif edir.
DəmirBank kart sahiblərinə Card-to-Card köçürmələri, SMS-Bank, İnternet-Bank və Telefon-Bank xidmətləri, kartla https://billpay.demirbank.az səhifəsində ödənişlər (kommunal, mobil və stasionar rabitə, internet, kabel TV xidmətləri, yol hərəkətinin puzulması üzrə cərimələr), kart sahiblərinə endirimlər və sair imkanlar təqdim edir. DəmirBank-ın endirimlər proqramı haqqında ətraflı məlumatla Bankın saytında “Kart sahiblərinə endirimlər” səhifəsində http://www.demirbank.az/?/az/content/267/ tanış olmaq olar.
Plastik kartı Bankın filiallarında və həmçinin http://www.demirbank.az/?/az/ordercard/ səhifəsində on-layn sifariş etmək olar.