Agentlik Rusiya, ABŞ və Fransada internet-seqmentin dinamik inkişafına görə, reklamın artım sürətləri üzrə qlobal proqnozunu təkrar gözdən keçirdi. Rusiya TOP 10-ğa daxil olub, agentliyin (Publicis Mediaya daxil olan Zenith) proqnozuna görə, yerli bazar 2018-2021-ci illərdə qlobal reklam xərclərinin artmasına ən böyük töhfəni verəcəklər.

Facemark.az Rusiya mətbuatına istinadən yazır ki, yerli bazarda reklam xərcləri 2019-cu ildə 8,2% artacaq, daha əvvəl isə agentlik 7,1% artmanı proqnozlaşdırırdı. Bundan başqa, 2021-ci ilədək reklemverənlərin inkişaf üçün xərclədikləri reklam xərcləri 1,9 milyard dollara qədər artacaq.

“Zenith”in sənədlərində deyilir ki, Rusiya Şərqi Avropa və Mərkəzi Asiya regionundan ibarətdir. Reklam bazarı 2018-ci ildən 2021-ci ilə qədər orta illik templə-8,1% inkişaf edəcək. Agentlik analiz edir ki, bu nəticə bütün ölkə blokları arasında ən böyük dinamik göstəricidir. 2019-cu ildə markanın inkşafı üçün reklamverənlərin qlobal xərcləri 4,7% artaraq 623 milyard dollara çatacaq. Daha əvvəl şirkətin ekspertləri güman edirdi ki, bazarda artım 4% olacaq, amma hazırki proqnozlar isə daha yüksəkdir. Məsələn, Rusiya, ABŞ, Fransa kimi ölkələrdə internet-reklamları üzrə artım mövcuddur. Sonrakı illərdə artım dinamikası daha əvvəlki hesabatlardan yüksək olacaq. 2020 və 2021-ci illərdə qlobal bazar müvafiq olaraq 4,2 və 4,1 -ə qarşı olaraq 4,6% artacaq.




Ən böyük reklam bazarı olan ölkələrin siyahısına hələ ki, Rusiya daxil ola bilməyib. TOP 10-ğa ABŞ, Çin, Yaponiya başçılıq edir. İnternet dünyada ən sürətlə böyüyən media olaraq qalır. 2019-cu ildə seqment 11% artacaq, 2021-ci ilə qədər orta illik artım sürəti 10% təşkil edəcək. Ekspertlər güman edir ki, 2021-ci ildə qlobal reklam xərclərinin 49%-i dijital olacaq.



Qeyd edək ki, daha əvvəl Rusiyanın Kommunikasiya üzrə Agentliklərin Assosiasiyası 2018-ci ilə bağlı hesabata yekun vurub. Belə ki, ötən il ərzində Rusiyada reklamverənlərin xərcləri 12% və ya 469 milyard rubla qədər böyüyüb. Ən sürətlə inkişaf edən seqment isə elə həmin il internet olaraq qalmışdı. İl ərzində adıçəkilən seqment 22% və ya 203 milyard rubla qədər böyümüşdü. Telekanalların reklamdan gəlirləri isə 9% artmış, 187 milyard rubla qədər böyümüşdü.