MMF 2019 artıq 7-ci ildir ki, həyata keçiriləcək. Onun tarixini bir az da olsa yansıtmaq üçün forumun baş tutduğu 2013-2018-ci illər arasında atılan tvitlərlərdən bəzilərini bir araya yığdıq. Xatırlayırsınızsa, təşkilatçısı olduğumuz Forumda hər zaman iştirakçılarımızdan istəklərimizdən biri o olub ki, suallar və istəklərini bu platforma üzərindən yazsınlar. Bəli, siz də #MMF həştəqi ilə illər öncə atdığınız tvitləri görə bilərsiniz.


Tarixə nəzər saldıqda görürük ki, spikerlərimizdən biri yazır ki, Forumun təşkilatçısı da biz idik, iştirakçısı da. Yəni, Forumun keçirildiyi ilk illər bazardan spiker tapmaqda çətinlik çəkirdik. Onlar auditoriya qarşısında təcrübələri haqqında danışmaq istəmirdilər. Amma davamlı olaraq Forum keçirildikcə, orda iştirak etmək istəyən kifayət qədər çox spiker axını formalaşdı.


Davamı gəlsin deyən Twitter istifadəçisinə demək istəyirik ki, artıq 7-ci Forum yaxın günlərdə keçiriləcək. İştirakınızdan məmnun olarıq.


2014-cü ildə hələ marketinqin bəlkə də həyatımıza bu qədər nüfuz etmədiyi dövrdə MMF gündəmin TOP 5-yinə keçə bilmişdi. O zamanlar marketinq-biznes tədbiri üçün bu böyük uğur idi. Forumun keçirildiyi ilk illər spikerlər çıxışlarının böyük hissəsini öz məhsullarının satılması hissəsinə ayırırdılar. Bu nüansı Twitter istifadəçilərindən biri olarmı trendlərdən danışaq deyə yazıb. Bəli, 2019-cu ildə bu mövzuya ayrıca olaraq Panel belə ayırdıq. Trendlər.


2016-cı ildə atılan bir tvit isə belədir: Niyə YouTube kanalı açmırsınız olub? Bu gün YouTube kanalı olmayan şirkəti təsəvvür etmək çətindir. Ən azından videolarını paylaşmalı olduğu platforma axtarışı onları YouTube-a gətirəcək. 2014-cü ildə olduğu kimi 2017-ci ildə də yenə trend olmağa nail olmuşduq. Belə ki, twiter istifadəçilərindən birinin təsdiqlədiyi kimi sosial şəbəkələrdə yazılan postların demək olar ki, əksəriyyəti MMF2017 ilə bağlı olub.


Tək biz yox, MMF-dən yolu keçən hər bir spiker də inkişaf edirdi. Artıq onlardan bəziləri şirkət rəhbəridir.


MMF tarixində Foruma görə twitter açan dəyərli aparıcımız da oldu. MMF tarixində hər Forum üçün xüsusi yazılan kitablar da oldu. Eyni zamanda, bu gün bazarda kifayət qədər sözünü deyən agentliklər də. İl isə 2017 idi artıq. Hələ qabaqda gediləcək çox yol var idi.


Və sonda, Forumda qəşəng qız axtaran da oldu :)


Həmin tvitləri təqdim edirik!


2013





2014








2015







2016






2017








2018