29 may -1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbiri - 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi keçiriləcək.


Facemark.az-a verilən məlumata görə, bu il sərgidə dünyanın 34 ölkəsini təmsil edən 290 şirkət iştirak edir və bu ölkələr arasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər ölkələr.


Almaniya, Belarus Respublikası və Rusiyanın qabaqcıl şirkətləri milli stendlərdə ən son məhsullarını təqdim edəcəklər.


İştirakçı şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edəcəklər.


Ilk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırılacaq.


İştirakçıların ümumi sayının 24%-ni təşkil edən debütantlar arasında Azərbaycan, Çin, Qazaxıstan, Türkiyə, Monako, Niderland Krallığı, Hindistan və digər ölkələr var. Şirkətlər neft və qaz avadanlığı, uniforma və digər məhsul və xidmətləri təqdim edəcəklər. Sərgi iştirakçıları və məhsullarının siyahısı: https://caspianoilgas.az/az-exhibitorslist-2019.html


29 may -1 iyun tarixlərində Bakı Ekspo Mərkəzində “Xəzər Neft və Qaz” yanaşı energetika və bərpa olunan enerji sənayesi nailiyyətlərinin nümayiş olunması sahəsində Xəzəryanı regionun ixtisaslaşmış tədbiri – 9-cu Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2019” sərgisi keçiriləcək.


Sərgi iştirakçıları arasında Azərbaycan, Belarus, Rusiya, Türkiyə və digər ölkələrdən energetika sahəsində aparıcı texnologiya təchizatçıları yer alır. Sərgidə Kozlov adına Minsk Elektrotexnika Zavodu, Energomera konserni, Luna Elektrik şirkəti və digər eksponentlər tərəfindən transformatorlar, kabellər, elektrik avadanlıqları, enerjiyə qənaət üzrə ən son texnologiyalar və s. məhsullar təqdim olunacaq. Sərginin bölmələri arasında isə energetika və elektrotexnika, alternativ enerji mənbələri, kabel-ötürücü məhsulları, işıqlandırma yer alır.