11-13 iyun 2019-cu il tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika “TransCaspian 2019” və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisi “Road & Traffic 2019” sərgiləri keçiriləcək.


Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, 2019-cu ildə “TransCaspian” sərgisi “Road & Traffic” sərgisi ilə birlikdə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçıları bir araya gətirib.


İştirakçılar sərgidə nəqliyyat sahəsində öz məhsul və xidmətlərinin geniş çeşidini təqdim edəcəklər.


Onların sırasında: dəmiryol nəqliyyatının əyləc sistemləri üçün yeni məhsullar, istənilən növ yük və sərnişin vaqonları, lokomotivlər, motor-vaqon hərəkət heyəti, sürət qatarları və metropoliten qatarları üçün avadanlıqlar, gəmiçilik, sərnişindaşıma sahəsində xidmətlər və istənilən növ yüklərin daşınması, eskalator və eskalator qovşaqlarının layihələndirilməsi və təmiri, yol-tunel inşaatı üzrə xidmətlər, yol təhlükəsizliyi vasitələri, yol-inşaat və kommunal texnika, yolların nişanlanması üçün avadanlıqlar, elektron yol monitorları, yol infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, yeni avtobus modelləri və bir sıra digər məhsulları təqdim edəcək. Ətraflı məlumatı likdən keçərək əldə etmək olar: https://transcaspian.az/az-register/