PayPoint sisteminə daha iki operator əlavə edildi – indi “Aktiv Ol” və “Smart Systems” internet provayderlərinin abunəçiləri təqdim edilən xidmətləri 400-dən artıq ödəmə terminalı və 1500-dən artıq satış nöqtəsi vasitəsilə ödəmək imkanı əldə ediblər.
“Geniş imkanlar və ödəmənin sadəliyi – müştəri tərəfindən provayderin seçimi zamanı hər zaman həlledici amillərdən biridir - deyə “Smart Systems” şirkətinin nümayəndəsi qeyd etdi, - bizim vəzifəmiz, bütün müştərilərin istəklərini nəzərə almaqdır. İndi bizim xidmətləri iki mindən artıq PayPoint satış nöqtələri vasitəsilə ödəmək mümkündür. Beləliklə, ödəniş sistemi ilə əməkdaşlığımız müştərilərimizə göstərdiyimiz xidmətin yüksək səviyyədə qorunub saxlanılmasına imkan yaradacaqdır”.
PayPoint ödəmə terminalı vasitəsilə ödənişin həyata keçirilməsi üçün “İnternet” bölümünə daxil olmaq , “Aktiv Ol” və ya “Smart Systems” seçmək, müqavilə nömrəsini göstərmək və lazımi məbləği daxil etmək lazımdır. Göstərilmiş nömrə şəbəkədə yoxlanışdan keçəcək və müvəffəqiyyətli ödənişdən bir neçə saniyə sonra müvafiq qəbz təqdim olunacaqdır. Bütün ödəniş proseduru bir dəqiqədən çox çəkməyəcəkdir, ödəniş provayderin hesabına real zaman rejimində daxil olacaqdır.
“PayPoint artıq öz istifadəçilərini maksimal tam sayda provayderlərin xidmətlərinin əlverişli ödəmə üsulları ilə təmin etmək səyini nümayiş etdirmişdir. Rabitə xidmətlərinin göstərilməsində mühüm provayderlərlə əməkdaşlıq bizə, xidmətlərin rahat ödənişi üzrə istifadəçilərimizin imkanlarını genişləndirmək imkanı vermişdir” – deyə “Komtec” şirkətinin Strateji İnkişaf üzrə Direktoru Fərid İsmayılzadə bildirmişdir.
PayPoint – “Komtec” şirkətinin servis brendidir. PayPoint şəbəkəsinin əsas məqsədi əhaliyə ani, rahat və keyfiyyətli ödəniş xidmətləri üçün platformanı təmin etməkdir. PayPoint vasitəsilə vətəndaşlar mobil və stasionar telefonlar, kommunal xidmətlər, internet və kabel televiziyası üzrə borclarını ödəyə bilərlər. Hazırda PayPoint şəbəkəsinə 30-a yaxın kütləvi xidmət müəssisəsi qoşulmuşdur. Şirkət ilin sonunadək xidmət müəssisələrinin sayını 50-yə çatdırmağı və göstərilən xidmətlərin çeşidini artırmağı planlaşdırır.
PayPoint ödəniş köşkləri ticarət və biznes mərkəzlərində, metro stansiyalarında, supermarketlərdə, hava limanında, Bakının və Azərbaycanın digər şəhərlərinin vağzallarında yerləşdirilmişdir.