“Meqa Sığorta” Şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair daha bir iri ödənişi həyata keçirib. Hadisə Bakı şəhəri Zığ şossesi yaxınlığında baş vermiş yol qəzası ilə bağlı olub. Belə ki, yol nəqliyyat hadisəsi zamanı “Meqa Sığorta” ASC-də Sığortalı olan “Ford Cargo 2526” markalı yük maşının sahibi tərəfindən iki fərqli əmlaka zərər törədilmişdir. Dəyən zərər üzrə 5 000 manat məbləğində sığorta ödənişi mütənasib olaraq 3 792 manat və 1 208 manat ödəniş təqdim olunmuşdur. Qeyd edək ki, qəzanın səbəbi: Hərəkət şəraitini və nəqliyyat vasitəsinin xüsusiyyətini nəzərə almamaq olub.