Davamı...


Onun radiodakı ilk efiri rəhbərliyi heyrət edir və ona dərhal daimi əsasda işləməyi təklif edirlər. Bu zaman ona öz adından imtina edib, təxəllüsdən istifadə etməsi labüd oldu.



Direktor hesab edirdi ki, Zeyqer soyadı çətin yadda qalır və tələffüzü də asan deyil. Gənci Larri Kinq adlandırırlar. Daha sonra o bu haqda danışır ki, belə bir təxəllüsü deyən zaman gözlərimin önünə likerin reklam lövhəsi gəldi. Orda yazılırdı,


“King's Wholesale Liquor”.



Bir az sonra isə o “Miami News” və “Miami Herald” qəzetlərində əyləncə bölməsini yazır.


1971-ci ildə isə Kinqi pul oğurluğunda ittiham edirlər. Bunu edən isə onun keçmiş işgüzar partnyoru olur. Larri bu ittihamlardan dərhal sonra işini itirir. Düzdür bütün ittihamlar yalnız bir ildən sonra, 1972-ci ildə götürülsə də, o yenə də öz reputasiyasını itirmişdi. O, həmçinin məhkəmə tədiqatları ərəfəsində borclanır.



Amma tezliklə, izləyicilər bu xoşagəlməz hadisəni unudurlar. Larri Kinq daha da səylə çalışmağa başlayır. O, “Mutual Radio Network” radiostansiyasında gecə şousunu buraxırdı, o burada qonaqlardan müsahibələr alırdı. Bundan sonra, onlarla birlikdə radio dinləyicilərinin suallarına cavab verirdi.


Bir neçə vaxtdan sonra Larri mediamaqnat Ted Ternerdən CNN-də işləməklə bağlı təklif alır. Beləliklə, “Larry King Live” tok-şousu ilk dəfə 1985-ci ildə efirə çıxır. Bu veriliş 25 il fasilə olmadan davam edib, hətta o “Ginnesin Rekordlar” kitabına daxil olub. Bu isə, televiziya tarixində bir aparıcı ilə verilişin belə uzunmüddətli olması ilə əlaqədar idi.



Larri jurnalistika karyerası dövründə 60 000-dən çox müsahibə alıb. Hətta onun müsahibləri sırasına Donald Trump, Bill Klinton, Vladimir Putin belə düşüb.


Onun firma stili isə təsadüfən alınıb. Belə ki, bir dəfə Larri müsahibə alırdı, amma müsahibə çox darıxdırıcı gedirdi, o öz pencəyini çıxarmaq qərarına gəlir. O, yenidən geyinmək istədikdə isə ona deyirlər ki, artıq həmsöhbət onun altındakı podtyajkaları görüb. Ona görə də rahatlaya və söhbətə fokuslana bilər. Eynəkləri isə o sadəcə görkəm üçün taxıb. Hətta o vaxtı onun eynəkləri dioptersiz olub.


2010-cu ilin iyununda o elan etdi ki, artıq şoudan gedir, onun axırıncı qonağı isə Arnold Şvartsenegger olub. Larrinin özü deyir ki, onun ən sevimli qonaqları Frenk Sinatra və Bill Klinton olub. Onun sözlərinə görə, oların əla yumor hissi olub və danışmağı seviblər.


Şoumen jurnalistika ilə yanaşı, ürək xəstəlikləri haqqında da bir neçə kitab ərsəyə gətirib. Bu mövzu ona yaxın idi, belə ki, məşhur şoumen 1987-ci ildə ürək tutması keçirir. Larri Kinq öz obrazı ilə filmlərə çəkilib, eyni zamanda bir neçə dəfə bir sıra cizgi filmlərinin dublyajında iştirak edib. Məsələn, “Şrek”, “Simpson”, “Bi Muvi”.



Şəxsi həyatı


Larri Kinq, həmçinin sevgililəri və tez-tez rəsmi nikaha daxil olması ilə də məşhurdur. Ümumilikdə, şoumenin həyatı ərzində 8 arvadı olub. Birinci dəfə o 19 yaşında evlənib. Onun ilk həyat yoldaşı Fred Millerin kollec dostu idi. Kimsə bu evliliyi qəbul etmir, ona görə də bir ildən sonra ayrılırlar. 9 il Larri Kinq bekar həyatı sürür. Onun ikinci xanımı isə Annet Kaye olub. O, elə həmin ildə ondan ayrılır. Onun bu xanımdan bir oğlu dünyaya gəlir, amma Larri uzun müddət bunu qəbul etmir. O, tezliklə üçüncü dəfə evlənir. Bu dəfə onun xanımı “Playboy” jurnalının modeli Alin Akins olur, o hətta onun uşağını qəbul edir. Bir ildən sonra o modeldən də ayrılır. Onun növbəti xanımı Mikki Satfin olur ki, bu evlilikləri də digərləri kimi uzun çəkmir.


Bir neçə vaxtdan sonra o yenidən özünün keçmiş həyat yoldaşı Alin Akins ilə evlənir. Bu dəfə onların evlilikləri üç il davam edir. Nəticədə, yenə də ayrılıq olur. Onun altıncı xanımı isə riyaziyyat müəliməsi Şeron Lepor olur. Yeddinci xanımı biznesvumen Culi Aleksanderdır. O, sonrakı açıqlamasında deyib ki, bu qız onu ilk görüşdə intellekti ilə heyran edib.


1997-ci ildə Kinq aktirisa, teleaparıcı Şon Sautuik ilə evlənir. Qadın Larridən 26 yaş kiçik olur. Maraqlısı budur ki, Şon Larridən iki oğlan dünyaya gətirir – Cans və Kenon. 2010-cu ildə çıxan bir xəbərdə deyilirdi ki, onlar boşanma qərarına gəliblər. Amma daha sonra isə onlar bu qərara gəlir ki, ailələrini qoruyub saxlasınlar və boşanma prosesini dayandırsınlar.



Larri Kinq indi


2012-ci ilin iyulundan Larri Kinq “Larry King Now” proqramını Hulunun veb saytında və RT Amerika kanalı üzərindən aparır. 2017-ci ildə isə jurnalistdə xərçəngin yüngül diaqnozunu aşkar edirlər. Amma xəstəlik erkən mərhələdə aşkar edilmişdi. Larrini əməliyyat edirlər və bununla onun həyatını xilas etmək mümkün olur.


2017-ci ildə o, “American Satan” kinofilmində epizodik rola çəkilib.


Kinqin sözlərinə görə, o heç də sağlam həyat tərzi keçirməyib. Belə ki, hər efirdən sonra o bir bakal viski qəbul edib və gün ərzində 4 paket siqaretə qədər çəkib. Larri Kinq istəyir ki, ölümündən sonra, onun bədənini dondursunlar. O, ölümündən sonrakı planları haqqında isə CNN kanalına danışıb.