“Bank of Baku” müştərilərin geniş yayılmış “Mənə nə qədər kredit düşür?” sualını cavablandırmaq  üçün yeni SMS xidmətini işə salıb. 8145 nömrəsinə müvafiq ismarıc göndərməklə bankın yeni və  təkrar müştəriləri təklif olunan kredit şərtlərini, “Dostlar klubu” çərçivəsində hansı növ imtiyaz kartı ala biləcəklərini və bonus məbləğini öyrənə bilərlər. Bundan belə bu xidmət sayəsində hər bir kəs ona nə qədər kredit düşdüyünə  dair cavabı rahat yolla və qısa müddət ərzində ala biləcək.


Beləliklə, “Bank of Baku”-dan ilk dəfə kredit almağı düşünənlər kredit şərtlərini öyrənmək üçün iş yerinin adını yazıb 8145-ə SMS göndərməklə müvafiq məlumat əldə edə bilərlər. (Misal, “Araz MMC” yazıb 8145-ə göndərin).


“Bank of Baku”-nun daimi müştəriləri “Dostlar klubu”nun hansı kartına (Brilyant, Qızıl, Gümüş) sahib olduğunu və nə qədər kredit ala biləcəyini öyrənmək üçün isə “Dost, boşluq, 6 rəqəmli müştəri kodu”nu yazıb 8145-ə SMS göndərə bilər (Misal, “Dost  345214” yazıb 8145-ə göndərin).


“Dostlar Klubu”-nun üzvləri kartdakı bonus məbləğini öyrənmək üçün “Dost, boşluq, 6 rəqəmli müştəri kodu”nu yazıb 8145-ə sms göndərə bilər (Misal, “Dost  345214”)


“Bank of Baku”-nun təkrar müştərilərinin klub kartı və kredit təklifini avtomatik cavab SMS-i ilə ala bilməsi üçün bankın məlumat bazasında olan nömrə ilə, SMS göndərdiyi nömrə üst üstə düşməlidir.Müştərinin nömrəsi dəyişibsə, 145 Məlumat Mərkəzinə zəng edərək eyniləşdirmə məlumatlarını təstiq etməklə müvafiq məlumat almaq mümkündür.


Xatırladaq ki,”Bank of Baku”-nun daimi müştəriləri üçün cəmi bir neçə ay öncə təsis etdiyi “Dostlar klubu”na qısa müddət ərzində artıq 15 000-nə yaxın şəxs qoşulub. “Bank of Baku”-nun bu günə kimi ayırdığı istehlak kreditlərinin toplam sayı isə 800 000 aşıb.


Yeni 8145 SMS xidməti barədə daha ətraflı məlumat almaq üçün www.facebook.com/bankofbaku  sosial şəbəkəsinə daxil olmaq mümkündür.