Rus qadınları üçün də iqtisadi azalma təbili davam edir. Belə ki, adıçəkilən ölkədə parfümeriya və kosmetika sektorunda daralma davam etməkdədir. Bahalı məhsulların yerini isə ucuzları alır.


Facemark.az-ın məlumatına görə, Almaniyanın bazar araşdırmaları şirkəti GfK-ın məlumatına, əsasən 2018-ci ilin iyul ayından 2019-cu ilin iyununa qədər bu sektorda satışlar ədədi ifadədə 1,6%, pul vahidi şəklində isə 2,1% azalma göstərib.


Ən böyük pay saça qulluq vasitələrinə aiddir


GfK analitikləri, kosmetik şəbəkəsinin dövriyyəsinin 7% azaldığına diqqət çəkir. Dövriyyə itkisini azaltmaq üçün hazırlanan kampaniyalar isə hələlik təsirsizdir.


Buna qarşılıq olaraq, Discauntmarket-dən əldə edilən ucuzluq mağazalarında satışlar pul vahidi şəklində 11% artım göstərib. Bu mağazalarda satılan məhsullar, ölkədəki bütün parfümeriya və kosmetika satışlarının 14%-ə bərabərdir.


Satılan məhsullar arasında ən böyük pay saça qulluq vasitələrinə aiddir. İkinci sırada isə parfümeriya gəlir. Ən çox satılan üçüncü məhsullar isə ənlik, dodaq boyası, tuş və s-dir.


Son olaraq isə mütəxəssislər üzə qulluq vasitələrinə tələbdə artım olduğunu deyirlər.